• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • Sağlam həyat tərzi seç!
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

NEWS all news

29 APRIL 2020

“Perinatal və neonatal COVID-19: İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda onlayn təlim keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in və Uptodate İn Medicine-nin təşkilatçılığı və texniki dəstəyi ilə 29 aprel 2020-ci il tarixdə  “Perinatal və neonatal COVİD-19: İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda onlayn təlim keçirildi.

Təcili tibbi yardım həkimi, mama- ginekoloq, ailə həkimi, neonatoloq və pediatrlar üçün keçirilən təlimin əsas məqsədi COVİD-19 xəstəliyinə tutulan yenidoğulmuşlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsinin və xəstəyə nəzarətin keyfiyyətini artırmaq, müalicə və müayinənin yeni metod və strategiyalarını izah etmək, mütəxəssislərin əldə etdikləri təcrübələri bölüşmək idi.

Səhiyyə Nazirliyinin Neonotoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov giriş sözü ilə çıxış edərək, COVID-19 pandemiyası dövründə yenidoğulmuşların müayinəsi, müalicəsi, profilaktikasıvə ana südü ilə qidalandırılma zamanı diqqət yetirilməli nüanslardan söz açdı. Ankara Universitetinin Tibb fakültəsinin professoru Ömer Erdevenin moderatorluğu, professorlar – Ergin Çiftçi, Özlem Evliyaoğlu Bozkurt və Merih ÇetinkayaAzərbaycan Tibb Universiteti TCK-nın neonatologiya şöbəsinin rəhbəri Aygün Rüstəmxanlının iştirakı ilə baş tutan təlim tibb müəssisələrinin COVİD-19-a hazırlıq məsələləri, təmas, hava və hava-damcı yolu ilə yoluxmanın profilaktik tədbirləri, fərdi, qoruyucu vasitələrin istifadəsi, hamiləlik və doğuşun menecmenti, həmçinin digər mövzuları əhatə etdi.

Təlimin sonunda iştrakçılara onlayn sertifikatlar təqdim olundu.