• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • Sağlam həyat tərzi seç!
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

NEWS all news

31 MARCH 2020

Əhaliyə yeni növ koronavirus (COVID-19) xəstəliyinə dair maarifləndici çap materialları təqdim olundu

Azərbaycanda əhalini yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən maarifləndirici aksiya keçirildi. Aksiya çərçivəsində Bakı şəhərininin iri supermarketlərinə maarifləndirici materiallar paylanıldı.

Koronaviruslar, bu virusların törətdiyi təhlükəli COVID-19 xəstəliyinin simptom və əlamətlərinə dair məlumat və bu yoluxucu xəstəlikdən qorunmaq üçün vacib tövsiyələrin əks olunduğu vərəqələr marketlərin girişinə vuruldu. Eyni zamanda, marketdən alış-veriş edən müştərilərə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına riayət etməyin vacibliyi, düzgün əlyuma və tibbi maskadan istifadə qaydaları, yoluxucu COVID-19 xəstəliyini qrip və soyuqdəymədən fərqləndirən xüsusiyyətlərə dair buklet və vərəqələr təqdim edildi.

Maarifləndirici çap materialları həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təqdim olundu.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının anması və ondan qorunma üsullarını əhatə edən müvafik məlumatlandırıcı materiallar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib. 

Materiallara əlçatanlığın təmin edilməsi məqsədi ilə nəşrlər www.koronavirusinfo.az portalında və İSİM-in saytında yaradılan (www.isim.az ) koronovirus barədə məlumat bazasında yerləşdirilib.