• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

NEWS all news

5 MARCH 2020

Koronovirusla mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə İSİM-də növbəti toplantı keçirildi

5 mart 2020-ci il tarixdə Səhiyyə Nazlrliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) dünyada yayılan yeni növ koronovirus (COVID-19) infeksiyası ilə bağlı növbəti toplantı keçirildi. Toplantıda ölkəmizdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və profilaktika məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışıldı. Koronavirus, o cümlədən digər qrip infeksiyaları barədə əhalinin tibbi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi məsələləri müzakirə edildi.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev işçi heyətə virus haqqında insanları doğru məlumatlandırmaq,  əhalinin hər bir təbəqəsinin informasiyalara əlçatanlığını təmin etmək üçün xüsusi tapşırıqlar verdi. O qeyd etdi ki, görüləcək işlər sürətlə  həyata keçirilməli və beynəlxalq standartlara cavab verməlidir. Eyni zamanda vurğulandı ki, koronavirus xəstəliyinin qarşısının alınması və ondan qorunmaüsullarını əhatə edən müvafik məlumatlandırıcı materiallar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib. Maarifləndirici materialların təhsil müəssisələrində, idarə və təşkilatlarda paylanılması, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.

Materiallara əlçatanlığın təmin edilməsi məqsədi ilə, İSİM-in Sağlamlıq portalında (http://www.saglamliq.isim.az/) koronovirus  barədə ayrıca məlumat bazasının yaradılması və maarifləndirici rmaterialların burada yerləşdirilməsi qərara alındı.

Şəkillərlə burada tanış olmaq olar.