• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • Sağlam həyat tərzi seç!
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

NEWS all news

16 DECEMBER 2019

Reproduktiv sağlamlıq, insan hüquqları və gender bərabərliyi üzrə seminar keçirildi

Bolqarıstanın paytaxtı Sofiya şəhərində 12-14 dekabr 2019-cu il tarixdə Avropa və Orta Asiyanın 17-dən çox ölkəsindən gələn nümayəndələrin iştirakı ilə “Reproduktiv sağlamlıq və insan hüquqları üzrə qanunvericilikdə islahatlar və kommunikasiya strategiyaları – gender bərabərliyi” mövzusunda seminar keçirildi. Bu sahədə mövcud problemləri aradan qaldırmaq, insan hüquqlarının qorunması üzrə qanunvericiliyi gücləndirmək, vətəndaş cəmiyyəti ilə əməkdaşılğı inkişaf etdirmək və digər məsələlər seminarın əsas məqsədi idi.

Seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazədə iştirak edirdi.

Seminarda insan hüquqları və reproduktiv sağlamlıq üzrə qanunvercilik islahatlarını təşviq etmək istiqamətində çıxışlar dinlənildi, ictimai və siyasi fikirlərə təsir göstərmək, ünsiyyət strategiyalarını formalaşdırmaq, təsiredici məlumat mübadiləsi bacarıqlarını həyata keçirmək üçün fokus qruplar yaradıldı. Özbəkistan, Maldova, İordaniya mütəxəssisləri ölkələrində insan hüquqları və gender bərabərliyi istiqamətində həyata keçirdikləri geniş siyasi və sosial işlərlə iştrakçıları tanış etdilər və əldə etdikləri ən mükəmməl təcrübələri bölüşdülər.

Eyni zamanda, digər ölkə nümayəndələrinin də çıxışları dinlənildi, görülən işlər təhlil edilərək təcrübə mübadiləsi aparıldı, təkliflər nəzərdən keçirildi.

Şəkillərlə burada tanış olmaq olar.