İSİM-in nümayəndəsi Gürcüstanda keçirilən “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” seminarda iştirak edir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

12 OCTOBER 2017

İSİM-in nümayəndəsi Gürcüstanda keçirilən “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” seminarda iştirak edir

10-12 oktyabr 2017-ci il tarixlərdə Gürcüstanın Tiflis şəhərində “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” Protokolun qüvvəyə minməsinə dəstək məsələləri üzrə çoxsektorlu seminar keçirilir. Gənc müstəqil dövlətlər üçün nəzərdə tutulan seminar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasının Katibliyinin və ÜST-nin Avropa Regional Bürosunun dəstəyi ilə həyata keçirilir.

Azərbaycan Respublikasını seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev, Xarici İşlər Nazirliyinin təmsilçisi Arif Məmmədov və Dövlət Gömrük Komitəsinin nümayəndəsi Güloğlan Muradlı təmsil edirlər.

Üç gün davam edəcək seminarda tütün sənayesi, “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” protokolun ümumi müddəaları, öhdəlikləri, protokol əsasında nəzarət qaydaları, sanksiyalar, beynəlxalq əməkdaşlıq barədə müzakirələr aparılacaq. Seminar çərçivəsində həmçinin ÜST-nin Avropa Regional Bürosunun ekspertləri tərəfindən ikili görüşlər təşkil olunacaq.