• “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
  • İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

XƏBƏRLƏR bütün xəbərlər

25 DEKABR 2015

İSİM-də 5 yaşadək sağlam uşaqların qidalanması ilə bağlı təlimlər keçirildi

2015-ci il dekabrın 23-25-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 5 yaşadək sağlam uşaqların qidalanması ilə bağlı pilot təlimlər keçirildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun texniki dəstəyi ilə 2014-cü ildə icrasına başlanılan “5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbərliyin hazırlanması və səhiyyə mütəxəssisləri üçün təlimlərin keçirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlərdə ilkin səhiyyə sistemində çalışan 12 həkim-pediatr və 12 tibb bacısı iştirak etdi.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun, 2 Nömrəli Bakı Baza Tibb Kollecinin və İSİM-in əməkdaşları tərəfindən aparılan təlimlərdə iştirakçılar hamilə qadınların və 5 yaşadək sağlam uşaqların rasional və balanslaşdırılmış qidalanması, uşaqlarda qidalanmanın pozulması ilə bağlı xəstəliklərin profilaktikası istiqamətində bilik və bacarıqlara yiyələndilər.

Pilot xarakter daşıyan təlimlərin gələcəkdə daha geniş miqyasda keçirilməsi nəzərdə tutulur.