Vaxtından əvvəl doğulan körpələrin yaşamaq ehtimalı artır (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

7 YANVAR 2016

Vaxtından əvvəl doğulan körpələrin yaşamaq ehtimalı artır (FOTO)

2015-ci il yanvarın 1-dən Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən mütəmadi olaraq diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ictimai maarifləndirmə işləri aparılır.

Tədbirlərin davamı kimi, 2015-ci ilin dekabr ayında Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 №-li Bakı Tibb Kolleci və 2 №-li Bakı Baza Tibb Kollecində tələbə heyəti ilə İSİM-in həkim və kommunikasiya mütəxəssislərinin görüşləri keçirildi. Reproduktiv yaşda olan qadınlar üçün keçirilən bu görüşlərdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində zəruri addımlara diqqət edildi. Məlumat üçün bildirildi ki, Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarının tətbiqinə başlanılması ölkədə çox az çəkili yenidoğulmuşların yaşamasına ümid verir. Vurğulandı ki, düzgün həyat tərzi keçirmək və zərərli vərdişlərdən uzaq olmaq, erkən yaşda hamiləlikdən çəkinmək, hamiləliyin 3 aylığından etibarən mütəmadi həkim nəzarətində olmaq vaxtından əvvəl doğuşların qarşısının alınmasına kömək edir. İnteraktiv şəkildə qurulan təqdimatların sonunda mövzu ilə əlaqədar maarifləndirmə materialları paylanıldı.

Növbəti maarifləndirmə tədbirləri 2016-cı ilin yanvar-fevral aylarında qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar arasında keçiriləcək. Həmçinin məlumatlılıq dərəcəsinin artırılması məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq təşkil olunacaq. Fəaliyyət çərçivəsində hazırlanmış videoçarx telekanallar vasitəsilə yayımlanacaq, mütəxəssislərin çıxışları təşkil olunacaq, reportaj və süjetlər hazırlanacaq. Ana və uşaqların sağlamlığının qorunması məqsədilə hazırlanacaq videoçarxın ictimai yerlərdə nümayişi də gözlənilir.

Bu ictimai maarifləndirmə tədbirləri “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi arasında imzalanmış birgə Fəaliyyət Planına müvafiq olaraq həyata keçirilir.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.