1978-ci ildə Qazax rayon 1 saylı orta məktəbi qızıl medalla bitirmiş, həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “müalicə-profilaktika” fakültəsinə daxil olmuşdur. 1984-cü ildə həmin institutu bitirmişdir. İnternaturanı həkim-dermatoveneroloq ixtisası üzrə 1985-ci ildə bitirdikdən sonra 1986-cı ildən Bakı şəhər 4 saylı TSH-də ixtisası üzrə çalışmışdır. 2008-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist vəzifəsinə işə qəbul olunmuşdur. 2009-cu ildən bu Mərkəzin Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışır. Səhiyyə sahəsində göstərdiyi xidmətə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.