Tofiq Musyaev - İctimai sağlamlıq şöbəsinin müdiri
İctimai sağlamlıq şöbəsi
İctimai sağlamlıq şöbəsinin vəzifələri:
Əhalinin sağlamlığının qorunması məsələlərinin həllində əsas istiqamətləri müəyyənləşdirmək, o cümlədən Səhiyyə Nazirliyinin prioritetlərini nəzərə almaq və zəruri təşkilati tədbirləri hazırlayıb həyata keçirmək;
Əhalinin sağlamlığına aid proqram və layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Səhiyyə və qeyri-səhiyyə sektorlarında beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq etmək;
Fəaliyyəti çərçivəsində milli əlaqələndiricilərlə və baş mütəxəssislərlə iş birliyi qurmaq;
Fəaliyyəti çərçivəsində İSİM-in digər şöbələri ilə əməkdaşlıq etmək;
Profilaktik yardım işinin təkmilləşdirilməsi, tibbi profilaktika tədbirlərinin həcminin artırılması, sağlam həyat tərzinin təbliği, əhalinin tibbi mədəniyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü sanitar-maarif işləri aparmaq;
Əhalinin sağlamlığına yönəldilmiş çap və digər əyani materialları hazırlamaq və ya bu prosesdə iştirak etmək və yaymaq;
Əhalinin sağlamlığı göstəricilərinin qiymətləndirilməsi üçün məlumatların toplanması və təhlilini təşkil etmək, nəticələr əsasında məqsədyönlü tədbirləri planlaşdırılmaq və həyata keçirmək;
Əhalinin sağlamlığı məsələlərinə aid konfranslar, seminarlar, sərgilər, kampaniyalar, praktik məşğələlər, təlimlər və s. təşkil etmək və bu, o cümlədən beynəlxalq tədbirlərdə iştirak etmək;
Şöbənin fəaliyyətini həyata keçirmək üçün Respublikada və eləcə də dünyada bu sahədə toplanmış təcrübəni öyrənməklə İSİM-in maddi-texniki bazasına əsaslanaraq öz işində tətbiq etmək;
Əhalinin sağlamlığına yönəldilmiş sosial təşəbbüslərdə iştirak etmək;
Şöbədə peşəkar ixtisaslaşmanın, nəzəri səviyyənin yüksəldilməsi işini təşkil etmək.