Samir Mehdiyev - Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsinin müdiri
Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsi
Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsinin vəzifələri:
İSİM-in kompüter şəbəkəsinin quraşdırma və proqram təminatının yaradılmasını, serverlərə nəzarəti, elektron poçtunun, veb səhifənin fəaliyyətinin tənzimlənməsini təmin etmək;
İSİM-də çalışan işçilərin kompüter sisteminə tam giriş imkanını təmin etmək;
İnternet informasiya ehtiyatlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən, optimal şərait yaradılmasını təmin etmək;
Kompüter şəbəkəsinin yaradılması, serverlərin fəaliyyətinin tənzimlənməsini və onun fasiləsiz işini təşkil etmək;
İnformasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üçün kompüter proqramlarının tətbiq etmək;
İSİM-in elektron poçtunun və saytının (www.isim.az) oxucular tərəfindən açılıb oxunulmasını təmin etmək.