MƏMMƏDOV <br />Rahib İbrahiməli oğlu

MƏMMƏDOV Rahib İbrahiməli oğlu

Direktorun müavini

1982 ildən 1988 ilə qədər N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunda müalicə işi ixtisası üzrə oxuyub, həkim ixtisası almışdı. 1984 ildən 1988 ilə qədər Bakı şəhər Onkoloji Dispanserində tibb qardaşı vəzifəsində işləmişdir. 1988 ildən 1989 ilə qədər Bakı şəhər 5 №-li klinik xəstəxananın terapiya şöbəsində həkim-intern işləyib, həkim-terapevt ixtisası alıb. 1990 ildən 1995 ilədək Bakı şəhər Onkoloji Dispanserində həkim-endoskopist vəzifəsində çalışıb. 1994 ildən 2000 ilədək “Relief İnternational” beynəlxalq humanitar təşkilatında əvvəl həkim, sonra isə baş həkim vəzifəsində işləyib. 2000 ildən 2006 ilə qədər “World Vision International” beynəlxalq humanitar təşkilatında İcma İnkişafı proqramında icma işçisi vəzifəsində işləmişdir. 13. 11. 2007 ildən İctimai Səhiyyə və İslahatlar Mərkəzində əvvəl Yüksək texnologiyalı tibbi yardım şöbəsində həkim-metodist, sonra Təlim-resurs şöbəsinin müdiri, hazırda isə direktorun müavini vəzifəsində çalışır.