Мамедов Джейхун Юсуф оглы

Мамедов Джейхун Юсуф оглы

Директор

1979-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1985-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1985-1986-cı illərdə Semaşko adına 1 saylı Bakı Şəhər Klinik Xəstəxanasında terapevt ixtisası üzrə internatura keçmişdir.

1987-ci ilin aprel ayından 1994-cü ilin iyun ayınadək Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1994-cü ilin iyun ayından 1996-cı ilin aprel ayınadək Relief International Amerika beynəlxalq humanitar təşkilatında həkim-əlaqələndirici, 1996-cı ilin may ayından 1998-ci ilin may ayınadək UMCOR Amerika beynəlxalq təşkilatının tibbi direktoru vəzifələrində işləmişdir.

1998-1999-cu illərdə Amerika Birləşmiş Ştatlarının Nyu-York Universitetinin Vaqner adına İctimai Xidmət Məktəbində magistr proqramını bitirib səhiyyədə siyasət və idarəetmə üzrə magistr dərəcəsi almışdır.

1999-cu ilin iyun ayından Amerika International Health Alliance (AIHA) Amerika beynəlxalq təşkilatının Vaşinqton şəhərində yerləşən qərargahında dörd aylıq internatura keçmiş, 1999-cu ilin oktyabr ayından 2007-ci ilin may ayınadək həmin təşkilatın Azərbaycan Respublikasında ölkə üzrə direktoru vəzifəsində işləmişdir.

Azərbaycan Tibb Universitetinin Sosial gigiyena və səhiyyənin təşkili və Uşaq xəstəlikləri II kafedralarının bazasında icra edilmiş elmi işini 2011-ci ildə ATU-nun Dissertasiya Şurasında müdafiə etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 iyul 2011-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Səhiyyə Nazirliyinin 188-S nömrəli 10 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilmişdir.

2007-ci ilin may ayından hal-hazıradək Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktorudur.