• PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • Astana hosts Global Conference on Primary Health Care
  • Evidence-based medicine guidelines to be translated into Azerbaijani
  • PHRC hosts educational meeting on implementing of Continuous Medical Education (CME)
  • Round table devoted to promotion of breastfeeding organized in PHRC
  • Azerbaijan hosts briefing in observance of World Breastfeeding Week

VACANCIES ALL JOBS

Vakansiyanın adı – Şöbə müdiri 1 ş.v.

İş vaxtı - Şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

Struktur vahidinin adı – Səhiyyə siyasəti və islahatlar şöbəsi.

Təhsil - Ali peşə təhsili, ali məktəbdən sonrakı və (və ya) ictimai səhiyyə sahəsində əlavə peşə təhsili.

İş stajı – 3 ildən çox.

Dil üzrə bilik səviyyəsi - Azərbaycan dilində səlis sənəd yazma bacarıqları (rus və ingilis dilində bilənlərə və bu dillərdə sənəd yazma bacarıqları  olanlara üstünlük verilir).

Kompüter üzrə bilik səviyyəsi - Kompüterdə MS office (Word, Excel, Power Point), MS Outlook  CSPro, SPSS proqramları üzrə sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqları –  Komandada işləmə qabiliyyəti olmalı, idarəçiliyi yaxşı bilməli, təşkilatçılıq, kreativlik və analitik bacarıqları, özünə və işçilərə qarşı tələbkar olmalı, fəal və təşəbbüskar olmalı, kommunikasiya və qrup işləri bacarıqları və ezamiyyətə çıxmaq imkanları olmalı, özünü və işçiləri təkmilləşdirməyə meylli olmalı, ictimai səhiyyəyə dair layihə təkliflərini irəli sürmək, hazırlamaq, həyata keçirmək bacarıqları olmalıdır.

Vəzifə funksiyaları – Səhiyyə sektorunun fəaliyyətinin təhlili və qiymətləndirilməsi, bu məqsədlə lazımi tədqiqat və araşdırılmaların keçirilməsi. Əhalinin sağlamlığının monitorinqi əsasında mövcud aktual problemlərin müəyyən edilməsi və analitik təhlili. İslahatların və təkmilləşdirilmənin prioritet istiqamətlərinin müəyyən edilməsi və səhiyyə sektorunda dövlətin siyasətinin formalaşdırılması. Səhiyyə sahəsində aparılan islahatlar üzrə təkliflərin, metodik sənədlərin, strategiya və proqramların hazırlanması və həyata keçirilməsi. Digər şöbələrin işinin təşkilində (prioritetlərin, istiqamətlərin müəyyən edilməsi) aidiyyətı tövsiyələrin verilməsi. Səhiyyədə həyata keçirilən beynəlxalq layihə və milli proqramlarda iştirak edilməsi. İctimai sağlamlıq sahəsində siyasi sənədlərin, tövsiyələrin, layihə təkliflərinin hazırlanması, büdcə və smetaların hesablanması, beynəlxalq sənədlərin üzərində işlənilməsi. Təqdimat və çıxış etmə, səhiyyə siyasəti ilə bağlı beynəlxalq sənədlərin öyrənilməsi, beynəlxalq sorğu və məktublara cavab vermə, müsahibə vermə, şöbənin işi ilə bağlı bütün texniki və gündəlik işlərin idarə edilməsi.

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.