• Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • Astana hosts Global Conference on Primary Health Care
  • Evidence-based medicine guidelines to be translated into Azerbaijani
  • PHRC hosts educational meeting on implementing of Continuous Medical Education (CME)
  • Round table devoted to promotion of breastfeeding organized in PHRC

VACANCIES ALL JOBS

Vakansiyanın adı – Şöbə müdirinin müavini (həkim), 1.0 ş.v

Struktur vahidinin adı – İlkin səhiyyənin təşkili şöbəsi.

Vəzifə funksiyaları – ilkin səhiyyənin təşkili üzrə normativ sənədlərin işlənməsi,qiymətləndirilməsi və onlara uyğun rəyin verilməsi; ilkin səhiyyə sahəsində tibbi profilaktika işinin təkmilləşdirilməsi və profilaktik tədbirlərin təşkili; ilkin səhiyyə xidməti göstərən müəssisələr üçün klinik protokolların, metodik tövsiyələrin hazırlanmasının təşkilində iştirak; ilkin səhiyyə xidməti göstərən müəssisələrin işçiləri üçün təlimlərin təşkili və keçirilməsi; ilkin səhiyyə xidməti keyfiyyətinin yaxşılaşdırılmasına dair konfranslar, seminarlar, praktik məşğələlər və beynəlxalq tədbirlərdə iştirak; şöbə müdiri olmadıqda (məzuniyyət, ezamiyyət və s. zamanı) onun əvəz edilməsi.

İş vaxtı - şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil – ali tibb təhsili, səhiyyənin təşkili üzrə ixtisası olanlara, bu ixtisas üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.

İş stajı – ixtisas üzrə 3 ildən çox fəaliyyət.

Dilləri bilmə  azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar – idarəetmə, təşkilatçılıq, auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı; işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

 

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.