• Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • Astana hosts Global Conference on Primary Health Care
  • Evidence-based medicine guidelines to be translated into Azerbaijani
  • PHRC hosts educational meeting on implementing of Continuous Medical Education (CME)
  • Round table devoted to promotion of breastfeeding organized in PHRC

Ongoing projects projects archive

“Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi UPDATED: 1 OCTOBER 2018

01 oktyabr 2018-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Vərəm və Ağciyər Xəstəliklərinə qarşı Beynəlxalq İttifaq (The Union) və beynəlxalq təşkilat olan Bloomberg Philanthropies tərəfindən dəstəklənən “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsinə başlamışdır.

Layihənin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda yeni qəbul edilmiş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun səmərəli icrasını təmin etmək üçün Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına uyğun milli tütünə nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Ölkədə tütün qanunvericiliyinin son pozitiv dəyişikliklərini gücləndirmək üçün layihə çərçivəsində, müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti, biznes sahibkarları və KİV ilə əməkdaşlıq edərək müvafiq tütün qanunvericiliyindəki boşluqları aradan qaldırmaq və onun səmərəli icrası üçün monitorinq işini təşkil etmək nəzərdə tutulur.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün tərəfdaşlar, vətəndaş cəmiyyəti və qərar qəbul edən şəxslərlə birgə və beynəlxalq təcrübə və normalara, həmçinin Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının maddələrinə və bu maddələrin həyata keçirilməsinin rəhbər prinsiplərə uyğunlaşdırmaqla tütünlə əlaqəli müvafiq milli qanunvericiliyin "Tütündən istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması, tütünlə mübarizə mexanizmlərinin müəyyənləşdirilməsi və tütünlə mübarizə tədbirlərinin effektivliyinin milli monitorinq sisteminin təkmilləşdirilməsi, bu işin daha səmərəli aparılması məqsədilə onun geniş dəstəklənməsi və kompleks təbliğat tədbirlərinin həyata keçirilməsi vəzifələrin həyata keçirilməsi planlaşdırılır.

Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası bəşəriyyətin tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmasıdır. O, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən 21 may 2003-cü il tarixdə qəbul edilmiş və 27 fevral 2005-ci il tarixdə qüvvəyə minmişdir. Həmin dövrdən başlayaraq Konvensiya Birləşmiş Millətlər Təşkilatının tarixində ən geniş tanınmış sazişlərdən biri olmuşdur. Bu günədək Konvensiyaya 181 Tərəf ölkə, o cümlədən 2005-ci ildə Azərbaycan da qoşulmuşdur.

Layihənin 2020-ci ilədək yekunlaşdırıılması Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 15 illik ildönümünə təsadüf ediləcək. Əhəmiyyətlidir ki, bu layihə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın və onun həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının məqsəd və vəzifələri, xüsusilə də Strategiyanın “Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından təhlili əsasında mövcud hüquqi bazanın gücləndirilməsinə dair təkliflərin hazırlanması” fəaliyyəti ilə eynilik təşkil edir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları, ümumiyyətlə, bütöv vətəndaş cəmiyyəti ilə birgə tütün epidemiyasına qarşı mübarizənin davamlı şəkildə aparılması, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin məqsədyönlü həyata keçirilməsi, tütünlə mübarizə sahəsində digər zəruri addımların atılması üçün gələcəkdə də səylər göstəriləcəkdir.

PROJECT COORDINATOR: Tofiq Musayev

CONTACTS: [email protected]