• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement

Completed projects projects archive

Bakı şəhəri havasının PM 2,5 hissəciklərlə çirklənməsi və çirklənmənin ÜST-nin Avropa bürosunun havanın keyfiyyəti üzrə rəhbərliyində göstərilən məqbul səviyyəsinə çatdırılması UPDATED: 29 DECEMBER 2020

Bakı şəhəri havasının PM 2,5 hissəciklərlə çirklənməsi və çirklənmənin ÜST-nin Avropa bürosunun havanın keyfiyyəti üzrə rəhbərliyində göstərilən məqbul səviyyəsinə çatdırılması ilə 30 yaşından yuxarı olan əhali arasında ölüm hallarının azaldılmasının mümkünlüyü barədə Tədqiat

 

Müasir dünyada şəhərlər ərazisində havanın çirklənməsinin ən vacib səbəbi nəqliyyatdır. Havanı çirkləndirərək, insanların sağlamlığına mənfi təsir göstərən əsas iki maddə - diametri 10 mikrondan aşağı olan hissəciklər (PM10) və karbon monoksiddir. PM10 hissəciklərin arasında ölçüsü 2,5 mikrondan kiçik (PM2,5), toz, kül, his, eləcə də sulfit və nitratlardan ibarət olub havada asılmış vəziyyətdə olan və ağciyər və hətta baş beyin toxumalarına müdaxilə edilə bilən hissəciklərdir. PM 2,5 hissəciklər də geniş diapazonda fərqlənir: nisbətən böyükləri insan tükünün kəsiyindən təxminən 30 dəfə kiçikdir, kiçiklərin isə bir neçə mini bu cümlənin axırında qoyulmuş nöqtəyə yerləşər. PM 2,5 hissəciklərə məruz qalma insanların respirator traktına müdaxilə edib ağciyərlərə çatması, gözlərin, burun, boğaz və ağciyərlərin qıcıqlanması, öskürək, asqırma, burun axması və təngnəfəslik kimi qısa müddətli effektlərlə nəticələnir. Nəfəs və ürək problemləri olanlar, uşaq və ahıllar PM2,5 hissəciklərin mənfi təsirinə xüsusilə həssasdır. Havaya buraxılan maddələrin arasında ən böyük payı karbon dioksidə düşür, hansı ki, qlobal iqlimin dəyişməsində əsas rol oynayır.

Bu araşdırmanın məqsədi Bakı şəhərin havasında 2020-ci il ərzində  PM 2,5 hissəciklərin orta səviyyəsini hesablayıb Avropa üzrə ÜST bürosunun hava keyfiyyəti üzrə rəhbərliyində göstərilən bu hissəciklərin məqbul sıxlığına (10 μg/m3) çatdırılası halda yaşı 30 və daha çox olan əhali arasında ölüm hallarının nə qədər azala biləcəyini müəyyən etmək idi.

2020-ci ilin yanvar–sentyabr müddətində 240 sutka ərzində Bakı şəhərin havasında PM10 hissəcikləri sutka ərzində qeyd olunan sıxlığının orta hesabı əldə edilmişdir. Minimal sutkada orta hesab -13.80 μg/m3  6 iyun, maksimal isə 267.20 μg/m3 9 iyul tarixində qeyd olunmuşdur. Doqquz ay ərzində orta göstərici 57.28 μg/m3 olmuşdur.

PM2.5 hissəciklərin havada sıxlığının hədəf səviyyəsi ÜST-nin Avropa üzrə Bürosu tərəfindən dərc edilmiş Havanın keyfiyyətinə dair rəhbərlikdə göstərildiyi kimi 10 μg/m3 müəyyən edilmişdir.

Ən konservativ qiymətləndirmə nəticəsində demək olar ki, PM2.5 havada sıxlığı mövcud olan 37.23 μg/m3 səviyyəsindən 10 μg/m3 səviyyəsinə endirilmiş olarsa, Bakı şəhərində hər il yaşı 30 və daha artıq olan əhali arasında  2371 ölümlərdən yaxa qurtarmaq mümkün ola bilər və belə halda əhalinin bu kateqoriyasında ölümlərin səviyyəsinin 10.13% azalmasına nail olmaq olar. Əlbəttə, yuxarıda qeyd olunan qəbul edilmiş ehtimallara görə araşdırma nəticələri həqiqi vəziyyətdən müəyyən dərəcədə fərqli ola bilər, amma  tədqiqatın məqsədi – ictimai səhiyyə səviyyəsində bu problemin miqyasının müəyyənləşdirilərək düzgün çatdırılması idi.

PROJECT COORDINATOR: Samir Mehdiyev

CONTACTS: [email protected]