• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • Evidence-based medicine guidelines to be translated into Azerbaijani

Completed projects projects archive

Azərbaycanda 2-ci Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) əsasında CDC tərəfindən ölkə üzrə İnformasiya Bülleteni hazırlanmışdır UPDATED: 5 OCTOBER 2016

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə dünyanın bir çox ölkələrində keçirilən Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) 2015-ci ildən başlayaraq Azərbaycanda ikinci dəfə reallaşdırılır.

Vahid metodologiyaya əsaslanan həmin tədqiqatın ilkin mərhələsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2016-cı ilin aprel-may aylarında 25 məktəbin 13-15 yaşlı 2122 şagird arasında sorğu aparılmış və nəticədə tütündən istifadə ilə bağlı müxtəlif məlumatlar toplanılmışdır. Suallar siqaretçəkmə, tütünlə bağlı bilik və yanaşma, tütündən imtina, ətrafdakıların siqaret çəkməsi, tütünlə əlaqəli media və reklam haqqında olmuşdur. Sorğu zamanı anonimlik, sorğunun nəticələrinin konfidensiallığı təmin edilmiş, həmçinin tütünlə mübarizəyə dair müxtəlif maarifləndirici nəşrlərdən istifadə olunmuşdur.

Toplanmış məlumatlar əsasında CDC tərəfindən ölkə üzrə İnformasiya Bülleteni hazırlanmışdır. Tədqiqata dair yekun hesabatın hazırlanması və ictimaiyyətə çatdırılması da nəzərdə tutulur.

PROJECT COORDINATOR: Tofiq Musayev

CONTACTS: [email protected]