• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

NEWS all news

2 JUNE 2020

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tibb işçiləri üçün nəzərdə tutulmuş “MD Reference” adlı mobil tədbiq istifadəyə verilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi BMT-nin İnkişaf Proqramının dəstəyi və “Ezgil Medical Technologies” şirkətinin əməkdaşlığı ilə tibb işçilərinin istifadəsi  üçün xüsusi mobil tədbiq yaradıb. Yeni “MD Reference” mobil tədbiqin əsas vəzifəsi klinik qərarların qəbulunda həkim və orta tibb heyətinə dəstək olmaqdadır. Səhiyyə işçiləri bu tədbiqdən istifadə edərək, tibbi yardımının keyfiyyətini yüksəldib, öz praktik fəaliyyətlərinin nəticələrini daha da yaxşılaşdırmış olacaqlar. İstifadəsi olduqca rahat olan bu mobil aplikasiya həkimlər və digər səhiyyə işçilərinin bacarıqlarının təkmilləşdirilməsi, onların bu sahədə ən son yeniliklərdən daim xəbərdar olmalarına kömək edəcək.

Bundan başqa, “MD Reference”-ın yaradıcıları tədbiqdə COVID-19 pandemiyasına həsr olunmuş xüsusi bölmə əlavə ediblər. Mobil proqramın bu bölməsində tibb işçiləri üçün olduqca vacib olan ən son məlumatlar yerləşdirilib: koronavirus infeksiyasının profilaktikası, infeksion nəzarət, dezinfeksiya, xəstəliyin diaqnostikası və müalicəsinə aid təlimatlar. Bölmə COVID-19 ilə mübarizədə gərgin əmək sərf edən tibb işçilərimiz üçün əlavə məlumat və məsləhət mənbəyi olacaq.

Qeyd edək ki, “MD Reference” mobil tədbiqi Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market) asanlıqla yüklənilə bilər. Yaxın zamanda isə tədbiq, həmçinin, iOS əməliyyat sistemi ilə işləyən cihazlarda da əlçatan olacaq.