• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

NEWS all news

13 MAY 2020

Qeyri-infeksion xəstəliklərin risk amilləri üzrə virtual müşavirə keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə  12-13 may 2020-ci il tarixdə qeyri-infeksion xəstəliklərin (QİX) riskamilləri üzrə ilkin səhiyyə xidməti səviyyəsində qısa müddətli müdaxilələrə dair virtual ekspert müşavirəsi keçirildi.

Müşavirənin məqsədi bütün ölkələrdə geniş yayılan və əsas ölüm səbəbi hesab olunan QİX-in profilaktikası, müalicəsi və iqtisadi amillərinə nəzər salmaq, insanlar arasında xəstəlikərin yaranma səbəblərini aradan qaldırmaq üçün effektli tədbirlər görməkdir.

Onlayn müşavirədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rauf Məmmədov və İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev iştrak etdilər.

İki gün davam edən müşavirədə səhiyyə işçiləri üçün qeyri-infeksion xəstəliklər üzrə təlimlərin və potensialın artırılmasından, ilkin tibbi yardım müəssisələrində keyfiyyətli tibbi-sanitar xidmətlərinin skrininqinin doğru təşkil edilməsindən danışan beynəlxalq ekspertlər hesab edir ki, əhali arasında tütünçəkməni, spirtli içkilərdən istifadəni və zərərli qidalanmanı azaltmaq, insanları fiziki aktivliklə məşğul olmağa təşviq etmək görüləcək əsas tədbirlər  sırasında mühüm rol oynayır.  Bununla əlaqədar olaraq ÜST-nin Avropa Ofisi üzrə nümayəndəliyi qeyri-infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizə istiqamətində rəhbər vəsait hazırlayır. Rəhbər vəsaitdə qeyri-infeksion xəstəliklərin əsas risk faktorları, səhiyyə siyasətinin təşkili, xəstələrin doğru istiqamətləndirilməsi, sağlamlıq vəziyyətinin izlənilməsi və qiymətləndirilməsi strategiyaları, tibb işçilərinin savadlılığının artırılması kimi məsələlərə xüsusi diqqət yetiriləcək. 

Müşavirənin son günü ölkə iştrakçlarının fikriləri dinlənildi, suallar cavablandırıldı, mövzuların monitorinq və təhlili aparıldı.