• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

NEWS all news

5 FEBRUARY 2020

İş yerlərində fiziki aktivliyin təbliği məqsədilə İSİM-də yoqa məşğələləri keçirilir

Müasir dövrdə dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da insanların daha çox oturaq həyat tərzi keçirməsi əhalinin sağlamlığına və qeyri-infeksion xəstəliklərin inkişafına təsir edən əsas amillərdən biridir.

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi əhali, o cümlədən iş yerləri üçün fiziki aktivlik proqramını təşviq etmək, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.Bu məqsədlə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) nahar fasiləsində yoqa məşğələləri keçirilir.

İSİM əməkdaşlarını fiziki aktivliyə cəlb etmək üçün keçirilən məşğələdə yoqanın tarixi, əhəmiyyəti və sağlamlığa faydalı təsirləri izah olunur. İSİM-in həkim-metodisti Teymur Hüseynov tərəfindən keçilən əyani məşğələlər iştirakçıların psixoloji, fizioloji sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərir. Təbiətlə harmoniyanın yaradılmasında vacib rol oynayan yoqa məşqləri insanda emosional vəziyyəti yaxşılaşdırır, stressi aradan qaldırmaqda effektiv təsir edir.

Şəkillərlə burada tanış olmaq olar.