• İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

VAKANSİYALAR BÜTÜN VAKANSİYALAR

Vakansiyanın adı – Tərcüməçi 1.0 ş.v.

Struktur vahidinin adı –  Layihələrin əlaqələndirilməsi şöbəsi. 

Vəzifə funksiyaları şöbənin iş planı əsasında hazırlanan sənədlərin, layihələrin, müqavilələrin ingilis-azərbaycan və ya rus-azərbaycan dillərinə tərcümə olunmasını təmin etmək; şöbəyə daxil olan və göndərilən sənədlərin uçotunu aparmaq; seminar, iclas,təqdimat və yığıncaqlarda sinxron tərcüməni təmin etmək; daxil olan tərcümə materiallarını redaktə etmək; mərkəzin fəaliyyəti və həyata keçirilən layihələrlə bağlı təqdimatların hazırlanmasında iştirak və təqdim ediləcək materialların ingilis və ya rus dillərinə tərcümə edilməsi; işgüzar görüşlər zamanı şifahi tərcümələrin edilməsi 

İş vaxtı - şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil  - ali təhsil, tərcüməçilik ixtisası üzrə təhsil alanlara, elmi tərcümənin metodikasını və elmi və ədəbi redaktənin əsaslarını bilənlərə üstünlük verilir.

İş stajı – elmi sənədlərin hazırlanması sahəsi üzrə 1 ildən çox.

Dilləri bilmə  - azərbaycan, ingilis və ya rus dillərində sərbəst oxumaq, yazmaq və danışmaq.

Kompüter bilikləri  -  MS office (Word, Excel, Power Point), MS Outlook və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Vakansiyalar və işə qəbulla bağlı tələb olunan sənədlər haqqında ətraflı məlumat əldə etmək üçün (012) 430 14 86 telefon nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

Vakansiya ilə maraqlanan şəxslər yalnız Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) CV formasını dolduraraq [email protected] elektron ünvanına, Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə, göndərə bilərlər. CV-lər həmçinin İSİM-in Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər həftənin I-V günləri saat 9:30-dan 12:30-dək qəbul olunur.

Namizədlərin nəzərinə! İSİM-ə işə qəbulla bağlı müraciət edənlərdən yalnız vəzifə tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını buradan yükləyə bilərsiniz.