• “Siqaret alma! Alma al!” aksiyasına start verildi (FOTO)
  • "ASAN xidmət" mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyətə başladı (FOTO)
  • “Hərəkətdəsən! Pozitivsən!” şüarı altında gənclərin sağlamlıq festivalı keçirildi (FOTO)
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

VAKANSİYALAR BÜTÜN VAKANSİYALAR

Vakansiyanın adı – Şöbə müdiri, 1 ş.v.

Struktur vahidinin adı – Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsi

Vəzifə funksiyaları - səhiyyədə aparılan islahatlar çərçivəsində lazımi iqtisadi araşdırmaların, hesablamaların və təhlilin həyata keçirilməsi; səhiyyənin maliyyələşdirilməsi sahəsində keçirilən islahatlar üzrə təkliflərin, metodik sənədlərin hazırlanması; ictimai sağlamlıq sahəsində iqtisadi, siyasi sənədlərin, tövsiyələrin, layihə təkliflərinin hazırlanması, büdcə və smetaların hesablanması; icbari tibbi sığortanın tətbiqi və inkişafının maliyyə-iqtisadi və normativ-hüquqi təminatı prinsiplərinin işlənib hazırlanmasında iştirak; təqdimat və hesabatların hazırlanması; şöbənin fəaliyyəti ilə bağlı bütün texniki və gündəlik işlərin idarə edilməsi. 

İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil – iqtisadçı ixtisası üzrə magistr dərəcəsi. Səhiyyə iqtisadiyyatı üzrə təlimlərdə iştirak edənlərə, bu sahədə təcrübəsi olanlara üstünlük verilir. 

İş stajı – ixtisas üzrə 3 ildən çox fəaliyyət.

Dilləri bilmə  azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir). 

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqları –  səhiyyənin maliyyələşdirilməsini bilməli, icbari tibbi sığorta sistemi haqqında biliyə malik olmalı;idarəçiliyi yaxşı bilməli, təşkilatçılıq, kreativlik və analitik bacarıqları, özünə və işçilərə qarşı tələbkar olmalı; işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;  fəal və təşəbbüskar olmalı, kommunikasiya və qrup işləri bacarıqları və ezamiyyətə çıxmaq imkanları olmalı, özünü və işçiləri təkmilləşdirməyə meylli olmalı, ictimai səhiyyəyə dair layihə təkliflərini irəli sürmək, hazırlamaq, həyata keçirmək bacarıqları olmalıdır; auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları.

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.