• İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

İcraatda olan layİhələr bütün layİhələr

“Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” (HBSC) YENİLƏNİB: 4 APREL 2018

2017-ci ildə ölkəmiz “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə (Health Behaviour in School-aged Children - HBSC) - məktəbyaşlı uşaqların sağlam davranışları ilə əlaqədar beynəlxalq səviyyədə aparılan araşdırmalarda əməkdaşlıq edən tədqiqatçıların ittifaqına üzvlüyə qəbul olundu. 45 üzv ölkədən ibarət olan bu şəbəkə 11, 13, və 15 yaşlı məktəbli uşaqların iştirakı ilə bütün üzv ölkələrdə 30 ildən bəri hər dörd ildən bir keçirilən sorğularla onların sağlamlıq, rifah və sosial problemlərini müəyyən edilir. Sorğu nəticəsində məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların sağlamlığına təsir göstərən risk faktorları və zərərli vərdişləri aşkar edilir. Sorğu məktəbli uşaqların sağlamlığının qiymətləndirilməsi ilə yanaşı əvvəlki illərdə bu istiqamətdə əldə edilmiş müsbət və ya mənfi dinamikanın müəyyən edilməsinə yardım edir və beləliklə də, vəziyyətin yaxşılaşdırılması üçün dövlət qurumlarına əsas hədəfləri təyin etməyə şərait yaradır.Qeyd edək ki, Azərbaycanın bu beynəlxalq əməkdaşlıqda üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınır və dəstəklənir. https://www.isim.az/az/pages/39/

Azərbaycanın bu şəbəkəyə üzv olmasında ölkəmizdə ilk dəfə olaraq Səhiyyə Nazirliyinin tapşırığı və Təhsil Nazirliyinin dəstəyi ilə pilot layihə olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən 2017-ci ilin aprel ayında Azərbaycanın Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla, 5, 7 və 9-cu sinif şagirdləri arasında  “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğunun keçirilməsi oldu. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən keçirilən Pilot sorğu Azərbaycanın HBSC şəbəkəsinə qoşulmasının birinci addımı oldu. Sorğu tamamlandıqdan sonra əldə edilmiş məlumatlar təhlil edildi və nəticələr əsasında hesabat hazırlandı. Bu hesabatlar 19 iyun 2017-ci il tarixdə Norveçin Bergen şəhərində keçirilmiş “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransında səsləndi. Konfransda iştirak edən  İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov həmin sorğu ilə bağlı hesabatla konfrans içtirakçılarına Azərbaycanda keçirilən sorğu zamanı qazanılan nailiyyətlər, çətinliklər, ümumiyyətlə, metodologiyanın tədqiqi ilə bağlı texniki məsələlər və əldə edilmiş ilkin nəticələr barədə məlumat verdi. Azərbaycanda keçirilmiş pilot sorğunun uğurlu sayılması nəticəsində ölkəmiz  “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” beynəlxalq şəbəkəsinə üzv seçildi. Bununla da, Azərbaycan cari ilin payız aylarında HBSC tədqiqatının ölkə üzrə iri miqyasda aparılması hüququnu əldə etdi. 

ÜST-nin qəbul etdiyi metodologiya üzrə hər dörd ildən bir keçirilən HBSC tədqiqatı “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” HBSC iri miqyasda 2017-ci ilin sentyabr-oktyabr aylarında 11, 13 və 15 yaşlı məktəbli uşaqların iştirakı ilə keçirildi.

Bu sorğu haqda ilkin məlumatlar 7-11 noyabr 2017-ci il tarixlərdə Xorvatiya Respublikasının Zaqreb şəhərində “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” HBSC üzrə Avropa şəbəkəsinin ümumi yığıncağında səsləndi. Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları – Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi keyfiyyət standartları şöbəsinin meneceri Nərmin Əliyeva bu yığıncaqda iştirak etdilər.

Hazırda isə İSİM-in mütəxəssisləri tərəfindən 2017-ci ilin sentyabr-oktyabr aylarında keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu” zamanı əldə olunan məlumatların təhlili prosesi davam edir. Məlumatların təhlili bitdikdə sorğuya dair hesabat hazırlanaraq aidiyyati qurumlara ötürüləcək.

Qeyd edək ki, HBSC şəbəkəsinin növbəti toplantısı 2018-ci ilin iyun ayında Polşanın Varşava şəhərində baş tutacaq. Ölkəmizdə iki dildə (azərbaycan və rus dillərində) aparılmış sorğunun nəticələri həmin iclasda Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim olunacaq. 

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS:

ƏLAQƏ: