• İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!
  • Azərbaycan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” şəbəkəsinə üzvlük haqqı qazandı
  • İSİM-in rəhbər işçiləri Sarayevo şəhərində keçirilən kursda iştirak etdilər
  • İSİM-də akademik və elmi-tədqiqat qurumlarının nümayəndələrinin iştirakı ilə “Tütün - inkişaf üçün təhlükə!” mövzusunda dəyirmi masa keçirildi (FOTO)
  • İSİM-də “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusunda təlim keçirildi (FOTO)
  • Tütünlə mübarizədə KİV-lərin roluna dair seminar keçirildi (FOTO)

İcraatda olan layİhələr bütün layİhələr

Azərbaycanda 2-ci Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) YENİLƏNİB: 5 OKTYABR 2016

Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS) dünyanın bütün ölkələrində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə 1998-ci ildən başlayaraq keçirilir.

Dünyanın bir çox ölkələrində keçirilən GYTS tədqiqatı Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2012-ci ildə reallaşdırılmışdır. Bu tədqiqatın ölkəmizdə 2-ci dəfə həyata keçirilməsi məqsədilə 2015-ci ildə layihə üzrə hazırlıq işlərinə başlanılmışdır. Tədqiqatın Azərbaycanda reallaşması üçün İSİM-də müvafiq təklif hazırlanaraq ÜST-nin Avropa Regional Bürosuna təqdim olunmuşdur. ÜST və CDC-nin onlayn keçirilmiş “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) üzrə seminar”da İSİM-in layihə üzrə nümayəndələri iştirak etmişdir. Seminarın məqsədi ölkələrdə gənclərin tütündən istifadə ilə bağlı tədqiqatın aparılmasının öyrənilməsi, təcrübə mübadiləsi və zəruri məlumatların əldə olunması idi. Əlamətdar haldır ki, 2-ci GYTS tədqiqatı Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 10 illik ildönümünə təsadüf edildi.

Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS) 13-15 yaşlı məktəblilər (8, 9, 10-cu siniflər) arasında keçirilir və gənclər arasında tütündən istifadəyə dair monitorinq imkanlarını artırır. Sorğu bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq aparılır. Tədqiqatın məlumatlarına əsasən, tütünə dair profilaktika və nəzarət proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mümkündür. Tədqiqatın tələblərindən biri də sorğuda iştirak edəcək məktəblərin və şagirdlərin anonimliyinin, cavabların və ümumiyyətlə sorğunun nəticələrinin konfidensiallığının təmin edilməsidir.

Tədqiqatın Azərbaycanda həyata keçirilməsi ÜST-nin maliyyə dəstəyi, İSİM-in əlaqələndirilməsi və tətbiqi, Təhsil Nazirliyinin müvafiq təşkilati yardımı sayəsində reallaşdı. Tədqiqatın ilkin mərhələsi olan sorğu 2016-cı ilin aprel-may aylarında artıq başa çatdı. Sorğuda CDC və ÜST tərəfindən əvvəlcədən seçilmiş ölkənin 25 məktəbinin 8, 9 və 10-cu sinif şagirdləri iştirak etdi. Azərbaycan Respublikasının bütün məktəbləri və müvafiq yaş qrupuna aid sinifləri üzrə aparılan seçim hər bir yeniyetməyə sorğuda iştirak etmək şansı verdi. Sorğunu şagirdlər tərəfindən dərk edilməsinə uyğunlaşdırılmış sorğu anketi vasitəsi ilə İSİM-in xüsusi təlimləndirilmiş intervüyerlər keçirdi. Tədqiqat prosesində 13-15 yaşda olan şagirdlər arasında tütündən istifadə ilə bağlı müxtəlif məlumatlar toplanıldı. Suallar siqaretçəkmə, tütünlə bağlı bilik və yanaşma, tütündən imtina, ətrafdakıların siqaret çəkməsi, tütünlə əlaqəli media və reklam, eləcə də məktəb dərsləri haqqında oldu. Sorğu zamanı tütünlə mübarizəyə dair təbliğat məqsədilə İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar şagirdlərə və müəllimlərə paylanıldı.

Sorğu başa çatdıqdan sonra tədqiqatın ilkin mərhələsinin şərtlərinə uyğun toplanmış müvafiq məlumatlar və sənədlər işlənilməsi və təhlili məqsədilə CDC-yə göndərildi.

Toplanmış məlumatlar əsasında CDC tərəfindən ölkə üzrə İnformasiya Bülleteni hazırlandı. Tədqiqata dair yekun hesabatın hazırlanması və ictimaiyyətə çatdırılması da nəzərdə tutulur. 

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Tofiq Musayev

ƏLAQƏ: [email protected]