• Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • Məktəblilərə “Narkotiklərsiz gələcəyə doğru” çağırış edildi
  • “14 noyabr – Ümumdünya Diabet Günü” ilə bağlı tibb tələbələri üçün tədbir keçirildi
  • İSİM-in nümayəndələri Zaqrebdə keçirilən "HBSC Autumn 2017" üzrə ümumi yığıncaqda iştirak etdilər
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

İcraatda olan layİhələr bütün layİhələr

5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbər vəsaitin hazırlanması YENİLƏNİB: 20 APREL 2015

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2014-cü ildə ”5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbərliyin hazırlanması və səhiyyə mütəxəsisləri üçün treninqlərin keçirilməsi” on bir aylıq layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun texniki dəstəyi ilə həyata keçirilir. Layihəyə konsultativ dəstəyini Paul Stradınya adına Riqa Universitetinin (Latviyanın Tibbi Akademiyası) “Qidalanma” üzrə tədqiqat proqramının rəhbəri, diyetologiya üzrə magistr d-r Lolita Vija Neiman göstərir.

Layihə 5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbərlik və treninq materiallarının hazırlanmasını, həmçinin pilot treninqlərin aparılmasını nəzərdə tutur. Rəhbərlik və treninq materialları ilkin səhiyyə sistemində çalışan pediatrlar və uşaq tibb bacıları üçün tərtib olunacaq. Layihənin əsas vəzifəsi hamilə qadınların və 5 yaşadək sağlam uşaqların rasional və balanslaşdırılmış qidalanması, eyni zamanda uşaqlarda qidalanmanın pozulması ilə bağlı xəstəliklərin profilaktikası barədə müasir elmə əsaslanmış tövsiyələrdən ibarət rəhbərliyin və pilot treninqlərin keçirilməsi üçün materialların hazırlanmasıdır.

Layihə çərçivəsində rəhbər vəsaitin və treninq materiallarının tərtibi üçün UNİCEF, ÜST, ABŞ Qidalanma üzrə Assosiasiyası, Cənubi Avstraliyanın səhiyyə departamentinin və qidalanma sahəsində çalışan digər nüfuzlu beynəlxalq təşkilatların protokolları istifadə edilərək, azərbaycan dilinə tərcümə olunacaq və yerli tələblərə uyğunlaşdırılacaq. 

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Şəhla İsmayılova

ƏLAQƏ: [email protected]