• İSİM-in nümayəndələri Ukraynada keçirilən “Tütünə qarşı mübarizə üzrə liderlik proqramı”nda iştirak edirlər
  • İSİM-də STEPS sorğusunda iştirak edəcək müsahibəçilər üçün təlimlər keçirilir
  • İSİM-in nümayəndələri “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı” layihəsi çərçivəsində növbəti seminarda iştirak edirlər
  • İSİM-in əməkdaşı ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunmasına dair beynəlxalq konfransda iştirak edir
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

İcraatda olan layİhələr bütün layİhələr

Təşkilatlararası iclas YENİLƏNİB: 11 DEKABR 2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 5 oktyabr 2007-ci il tarixindən başlayaraq mütəmadi olaraq hər ayın ikinci çərşənbə günü təşkilatlararası iclas keçirir.

Bu iclasların əsas məqsədi Beynəlxalq təşkilatlar, Səhiyyə Nazirliyinin milli koordinatorları və İSİM arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi və eləcədə onlar arasında məlumat mübadiləsinin təmin edilməsidir. Hər ay keçirilən iclas zamanı iştirakçılar bir ay ərzində səhiyyə sahəsində fəaliyyətləri haqqında məlumatlarla bölüşmək, əməkdaşlıq əlaqələrini qurmaq, həyata keçirilən layihələr haqqında təqdimatlar vasitəsilə ətraflı məlumat toplamaq və eləcə də hər dəfə bir yerli qeyri-hökumət təşkilatı öz təşkilatını təqdim etmək imkanı əldə edir.

İclaslarda İSİM rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri - ÜST, UNİCEF, UAFA, Dünya bankı, Uşaqları xilas edək, ADRA, ACQUIRE, USAID, İCRC, Oxfam, Qlobal Fond və digərləri, Səhiyyə Nazirliyi tərəfindən təyin olunmuş, tibbin müxtəlif sahələri üzrə ixtisaslaşmış milli koordinatorlar və eyni zamanda qonaq qismində səhiyyə sahəsində fəaliyyət göstərən bir yerli qeyri-hökumət təşkilatı iştirak edir.

Gündəliyə uyğun olaraq görüşün əvvəlində müxtəlif təşkilatların nümayəndələri və Milli Koordinatorlar bir ay ərzində gördükləri fəaliyyətlər barədə məlumat verirlər. Daha sonra iştirakçıların istəklərinə əsasən bir sıra təqdimatlar olur.

İclasın iştirakçıları bu görüşlərin əhəmiyyətini və zəruriliyini vurğulayır, İSİM isə öz növbəsində belə görüşlərin davamlı olmasına və təşkilatlararası əməkdaşlığın daha da gücləndirilməsinə çalışır.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Səbinə Babazadə

ƏLAQƏ: [email protected]