Yeni diridoğulma meyarlarının tətbiqi nə verir? № 01-02 (593) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

MEDİA VASİTƏLƏRİNDƏ bütün məqalələr

MEDİA VASİTƏLƏRİNDƏ / 30 YANVAR 2016

Tibb qəzeti

Yeni diridoğulma meyarlarının tətbiqi nə verir? № 01-02 (593)

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda diridoğulma üzrə yeni meyarların tətbiqinin nəticələrinə dair brifinq keçirilib.

Tətbirdə İSİM layihələrinin ələqaləndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə qeyd edib ki, 2015-ci il yanvarın 1-dən etibarən ölkəmizdə yeni diridoğulma meyarları tətbiq edilməyə başlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq diridoğulma meyarlarına dair tövsiyələrinə uyğun olaraq qəbul edilmiş qaydalar Azərbaycanda mülkiyyət formalarından asılı olmayaraq bütün tibb müəssisələrinə şamil edilir. Bununla əlaqədər beynəlxalq diridoğulma standartları ilə bağlı izahat tədbirləri görülür. O cümlədən İSİM-in mütəxəssisləri Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin, Bakı Qızlar Universitetinin, Bakı 1 saylı Baza Tibb Kollecinin və Bakı 2 saylı Baza Tibb Kollecinin tələbələri ilə görüşlər keçiriblər. Növbəti maarifləndirmə tədbirlərinin isə 2016-cı ilin yanvar-fevral aylarında qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar üçün keçirilməsi planlaşdırılıb. Bundan əlavə, televiziya kanallarında maarifçilik xarakterli video-çarxların yayımlanması, ekspertlərin çixişları, reportaj və süjetlər hazırlanması nəzərdə tutulur.

S.Babazadə məlumat verib ki, bu tədbirlər Səhiyyə Nazirliyinin ”Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, Səhiyyə Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə birgə imzaladığı Fəaliyyət Planı çərçivəsində həyata keçirilir.

K.Fərəcova adına Elmi–Tədqiqat Pediatriya İnstitutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev qeyd edib ki, bu meyarlar Avropanın bəzi ölkələrində artıq tətbiq olunur. Məyarlarda edilən dəyişikliklər barədə məlumat verən N.Quliyev deyib: “Əvvəllər doğuş müddəti hamiləliyinin 28-ci həftəsindən hesablanırdı, indi 22-ci həftəsindən hesablanır. Bu müddətə qədər dölün çıxarılması isə abort (uşaqsalma) hesab edilir. Beləliklə hamiləlik müddətinin aşağı sərhədi altında həftə azaldılıb. Doğuş zamanı uşağın bədən kütləsi üzrə meyarlar da dəyişib. Yeni beynəlxalq meyarlara uyğun olaraq, uşağı diri-doğulmuş hesab etmək üçün onun bədəninin kütləsi 500 qram və daha artıq (çoxdöllü doğuşlarda 500 qramdan az da ola bilər) təşkil etməli və uşaq 4 həyat simptomundan-sərbəst tənəffüs, urəkdöyünmə, göbəkbağının pulsasiyası, əzələlərin sərbəst hərəkəti-ən azı birinə malik olmalıdır. Bu 4 əlamətin heç biri olmadıqda isə uşaq ölü doğulmuş hesab edilir.

2015-ci il yanvarın 1-dən etibarən ölkəmizdə yeni diridoğulma meyarları tətbiq edilməyə başlayandan sonra çəkisi 500 qram olan təzə doğulmuş uşaqları xilas etmək üçün bütün zəruri şərait yaradılıb. Bu sistem tədbiq edildiyi müddətdə hamiləliyin 22-28-ci həftələrində dünyaya gəlmiş 260 uşaqdan 97-sini xilas etmək mümkün olub və bu, yaxşı nəticədir. Bundan əlavə, ölkə üzrə uşaq ölümü göstəricisi təqribən 0,2 promilleyə bərabərdir, yəni 1000 uşaqdan 2-si tələf olur. Bu da müsbət göstəricidir”.

Səhiyyə Nazirliyinin neonatologiya üzrə baş mütəxəssisi Rüstəm Hüseynov vurğulayıb ki, hazırda ölkəmizin 7 rayonunda perinatal mərkəzlər fəaliyyət göstərir. O qeyd edib ki, yarımçıq doğulmuş uşaqlara qulluq edilməsi olduqca mürəkkəb və baha başa gələn prosesdir, bunun üçün ən müasir və ixtisaslaşdırılmış avadanlıqlar, ən başlıcası, hazırlıqlı mütəxəssislər olmalıdır. Bununla belə, 2006-cı ildən ölkəmizdə yeni perinatal sistem tətbiq edilir və indiyə qədər bu istiqamətdə böyük uğurlar qazanılıb.

Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilib.