• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

17 APREL 2013

17 aprel – Ümumdünya Hemofiliya Günüdür

Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Bu xəstəliyə başqalarından yoluxma mümkün deyil. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru çatışmadığından onlarda qanaxma sağlam insanlara nisbətən daha uzun müddət davam edir. Hemofiliyaya bəzən ailələrində bu xəstəlik olmayan insanlarda da rast gəlinir. Bu zaman xəstəliyə insanın öz genlərindəki dəyişikliklər səbəb olur. Hemofiliya ilə yalnız kişilər xəstələnir, genin ötürücüləri isə qüsurlu genin daşıyıcısı qadınlar olur.

Xəstəliyin əsas səbəbləri yaxın qohumların nikahı, radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsiridir. Hemofiliya əsasən Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində yayılıb. Hazırda dünyada təxminən 400 min nəfər hemofiliyalı xəstə vardır. Azərbaycanda isə bu xəstəlikdən 1000-dən çox insan əziyyət çəkir. Hemofiliyanın müalicəsi hazırda səmərəli nəticə verir. Belə ki, çatışmayan laxtalanma faktoru inyeksiya üsulu ilə yeridilir.

Ciddi xəstəlik hesab edilən hemofiliya vaxtında aşkarlanmazsa, ölümlə nəticələnə bilər. Bu gün dünyada hemofiliya xəstəliyinin tanınması və əhalinin kifayət qədər məlumatlandırılması üçün geniş tədbirlər görülür. 17 aprelin Ümumdünya Hemofiliya Günü kimi elan edilməsi bu tədbirlərin ən əlamətdarıdır. Ümumdünya Hemofiliya Günü hazırda dünyanın 116 ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur.

Ümumdünya Hemofiliya Gününün keçirilməsi təşəbbüsü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Hemofiliya Federasiyasına məxsusdur və ilk dəfə 1989-cu ildə keçirilib. Nəinki hemofiliyalı xəstələrin, eləcə də digər qan xəstəliklərindən əziyyət çəkən kişilərin və həmçinin qadınların müalicəyə əlçatanlığını təmin etmək, ictimaiyyətin diqqətini hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmağa cəlb etmək, hemofiliyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün hemofiliya günü ilə bağlı dünyanın bir çox ölkəsində müxtəlif proqramlar və aksiyalar həyata keçirilir.