“31 may – Ümumdünya Tütünsüz Günü” münasibətilə Bakı Gənclər Mərkəzində tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 İYUN 2019

“31 may – Ümumdünya Tütünsüz Günü” münasibətilə Bakı Gənclər Mərkəzində tədbir keçirildi

31 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “31 may – Ümumdünya Tütünsüz Günü” münasibətilə Bakı Gənclər Mərkəzində maarifləndirici tədbir keçirildi.

Gənclər Fondunun Hüquq, kadrlar və kargüzarlıq şöbəsinin müdiri Ramil Məmmədov ölkəmizdə gənclərə göstərilən qayğıdan bəhs edərək, təhsil müəssisələrində təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışdı.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova “31 may – Ümumdünya Tütünsüz Günü”nün tarixi barədə gənclərə məlumat verərək, günün builki mövzusu olan “Tütün və ağciyərlərin sağlamlığı” bərədə təqdimatla çıxış etdi. Azərbaycanda yeniyetmələrin tütündən istifadəsinin statistik göstəricilərini diqqətə çatdıran natiq bildirdi ki, tütün məmulatlarından istifadə qeyri-infeksion xəstəliklərin əsas risk faktorunu təşkil edir. L. Dadaşova gəncləri tütün, eləcə də digər zərərli vərdişlərdən uzaq olmağa və daha çox yaradıcılığa vaxt ayırmağa, aktiv həyat tərzi keçirməyə səslədi.

Tədbirin yekununda iştirakçıların sualları cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.