İSİM-in nümayəndəsi tütünlə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə Avropa Regional yığıncağında iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

1 DEKABR 2017

İSİM-in nümayəndəsi tütünlə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə Avropa Regional yığıncağında iştirak etdi

30 noyabr - 1 dekabr 2017-ci il tarixlərdə  Almaniyanın Heydelberq şəhərində Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının həyata keçirilməsi üzrə Avropa Regional yığıncağı baş tutdu.

Tədbirdə tütünlə mübarizədə Avropa regionu üzrə 2017-ci ilin hesabatları dinlənildi, tütünlə bağlı real iqtisadi xərclərin müzakirəsi aparıldı, tütün məmulatlarına qoyulan vergilərin əhəmiyyətinə nəzər salındı.  Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdi.

Açılışı Avropa Regional Ofisinin Tütünə nəzarət proqramının meneceri Kristina Mauer-Stenderin təqdimatı ilə baş tutan tədbirin tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması ilə bağlı məsələlər, tütünə nəzarət (vergi, qiymətlər), yeni tütün məmulatlarının istehsalı ilə mübarizə və tütünçəkmənin dünyada yayılmasına xəbərdarlığın edilməsi ilə bağlı məruzələrlə davam etdi.

Tədbirdə həmçinin regional iqtisadi əməkdaşlıq: Avropa İqtisadi Birliyində çərçivəsində tütün məmulatlarına qoyulan vergilərin tənzimlənməsi barədə yenilənmiş məlumatlar verildi. Tütün məmulatlarının satışı və sağlamlıq məsələləri, “ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsinin yaxşılaşdırılması üzrə davamlı tədbirlər” mövzularında məruzələri maraqla qarşılandı. Eləcə də ÜST-nin Çərçivə Konvensiyasının fəaliyyətinin qiymətləndirilməsi zamanı qarşıya çıxan problemlərin həlli yolları araşdırıldı, davamlı işlərin görülməsi üçün gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı.

Tədbir keçirilən hər iki günün sonunda Avropa regionunda tütün vergilərinin gücləndirilməsinə həsr olunmuş panel müzakirələr aparıldı. Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün tütün vergilərinin artırılması: 2030-cu ilə qədər bu məqsədlərə çatmaqda çətinliklər müzakilə obyekti oldu.