İSİM-də “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusunda təlim keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

23 İYUN 2017

İSİM-də “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusunda təlim keçirildi (FOTO)

22-23 iyun 2017-ci ildə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması üzrə Tədbirlər Planı”nın 4-cü bəndinə əsasən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) uşaqların zorakılıqdan uzaq, sağlam mühitdə böyüməsi üçün nəzərdə tutulan profilaktik tədbirlərə dair təlim təşkil edildi. “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusuna həsr olunan təlim “Ümidli gələcək” İctimai Birliyi ilə birgə həyata keçirildi. Təlimdə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi, o cümlədən orta məktəblərin və uşaq poliklinikalarının əməkdaşları iştirak edirdilər. Nümayəndələr arasında Gürcüstanın İctimai Səhiyyə Fondunun direktoru Lia Saralidze və fondun uşaq psixoloqu Keti Tavartikiladze də var idi.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə giriş sözü ilə çıxış edərək, uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində İSİM tərəfindən görülən işlər və proqramlar haqqında məlumat verdi. Gürcüstanın İctimai Səhiyyə Fondunun direktoru Lia Saralidze “Qafqaz ölkələri arasında uşaqlara qarşı zorakılığın aradan qaldırılması”  layihəsindən, bu istiqamətdə atılan addımlardan və uğurlu əməkdaşlıqdan söz açdı. “Ümidli gələcək” İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova zorakılığın qurbanı olmuş uşaq və gənclərin sosial reabilitasiya mərkəzi haqqında danışdı, zorakılığa məruz qalmış uşaq və ailələri üçün bu gün dərsliklərdə “Qaynar xətt”in göstərilməsini yüksək qiymətləndirdi.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Nərmin Mirzəyeva 2011-ci ildə İSİM tərəfindən həyata keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusuna əsasən, məişət və uşaq zorakılığı ilə bağlı əldə edilən nəticələri iştirakçıların diqqətinə çatdırdı. İSİM-in Tibbi keyfiyyət və standartları şöbəsinin həkim-metodisti Şəhla İsmayılova uşaq poliklinikalarında maarifləndirilmə işinin təşkili və tibbi personal üçün prosedur qaydalara dair məlumatlardan söz açdı. Uşaq psixoloqu Keti Tavartkiladze uşaqların inkişafına, stress və travmanın uşaqlara təsirinə dair geniş təqdimatlarla çıxış etdi.

Təlimdə mövzu ilə bağlı səmərəli müzakirələr aparıldı, məişət zorakılığına qarşı İSİM tərəfindən hazırlanan metodik vəsaitlər paylanıldı. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.