• İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi (FOTO)
  • “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
  • İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

VAKANSİYALAR BÜTÜN VAKANSİYALAR

Vakansiyanın adı  hüquqşünas, 1 ş.v.

Struktur vahidinin adı  Tibbi keyfiyyət standartları şöbəsi.

Vəzifə funksiyaları – aidiyyəti, o cümlədən hüquqi sənədlərin hazırlanması, baxılması və qiymətləndirilməsi. Tibbi keyfiyyət standartlarının tərtibi və tətbiqi ilə bağlı lazımi hüquqi ekspertizanın aparılması. Metodik təlimatların, klinik tövsiyələrin hazırlanmasında istinad olunmalı hüquqi sənədlərin əldə edilməsi. Metodik materialların hazırlanması ilə bağlı digər təşkilatlarla işgüzar münasibət və əlaqələrin yaradılması. Sorğu, məktub və müraciətlərin cavablandırılması. Rəhbərlik tərəfindən tapşırılmış digər aidiyyəti vəzifələrin yerinə yetirilməsi.

İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil, ixtisas və istiqamət üzrə – ali hüquq təhsili. Magistr dərəcəsi, beynəlxalq hüquq ixtisası olanlara, səhiyyə qanunvericiliyi üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.

İş stajı – ixtisas üzrə 2 ildən çox fəaliyyət (səhiyyə sahəsində iş təcrübəsi olanlara üstünlük verilir).

Dilləri bilmə  azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar – auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları; işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində vakansiyalar@isim.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.