• İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi (FOTO)
  • “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
  • İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

VAKANSİYALAR BÜTÜN VAKANSİYALAR

Vakansiyanın adı – Sosioloq, 1 ş.v.

Struktur vahidinin adı – Əhalinin sağlamlığı şöbəsi.

Vəzifə funksiyaları – sosioloji tədqiqat proqramlarının işlənib hazırlanması və tətbiqinə nəzarət edilməsi; həmin sosioloji tədqiqatlar vasitəsi ilə müvafiq fəaliyyətin həyata keçirilməsi ilə bağlı auditoriyanın müəyyən edilməsi və tələbatlarının öyrənilməsi; bu tələbatlar əsasında kommunikasiya üzrə perspektiv illik planlar, layihələr və tədbirlər üzrə təkliflərin işlənib hazırlanması; keçirilmiş tədqiqatlar və tədbirlər əsasında aidiyyəti tövsiyələri əks etdirən hesabatların hazırlanması; müxtəlif kommunikasiya/maarifləndirici tədbirlərin (aksiya, diskussiya, debat və s.) təşkil edilməsində iştirak; Bakı və Respublikanın rayonlarında əhalinin müxtəlif qrupları, o cümlədən KİV nümayəndələri qarşısında çıxış və təqdimatlar edilməsi; müvafiq təşkilatlarla (dövlət qurumları, QHT, ictimai birliklər və s.) iş əlaqələrinin qurulması və ya təkmilləşdirilməsində iştirak.

İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil – sosioloq ixtisası üzrə ali təhsil (magistr dərəcəsi).  Sosiologiya sahəsi üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.

İş stajı – ixtisas üzrə 2 ildən çox fəaliyyət. Sosioloji və başqa araşdırma/tədqiqatlarda iştirak edənlərə üstünlük verilir.

Dilləri bilmə  azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları (SPSS, Epiİnfo proqramlarını bilənlərə üstünlük verilir).

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində vakansiyalar@isim.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.