• İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi (FOTO)
  • “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
  • İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

VAKANSİYALAR BÜTÜN VAKANSİYALAR

Vakansiyanın adı – Menecer, 1 ş.v. (ictimaiyyətlə əlaqələr üzrə).

Struktur vahidinin adı – Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsi.

Vəzifə funksiyaları – kommunikasiya sahəsində işin təşkil edilməsi; Mərkəzin fəaliyyəti və görülən tədbirlər haqqında məqalələrin, xəbərlərin, press-relizlərin hazırlanması; tədbirlər haqqında məlumatların KİV-də yayımının təşkil edilməsi; mətbuat konfransı, brifinq, görüş, treninqlər və prezentasiyaların təşkil edilməsi və keçirilməsi; televiziya, radioda müxtəlif mövzularda maarifləndirici proqramların təşkili üçün əlaqələrin qurulması və mütəxəssislərin hazırlanması; kommunikasiya kampaniyalarının keçirilməsi üçün strategiya və planların işlənib hazırlanması; həyata keçirilmiş maarifləndirici tədbirlərin effektivliyinin təhlili; müvafiq təşkilatlarla (dövlət qurumları, QHT, ictimai birliklər və s.) iş əlaqələrinin qurulması və ya təkmilləşdirilməsində iştirak.

İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil, ixtisas və istiqamət üzrə – jurnalistika ixtisası üzrə ali təhsil (magistr dərəcəsi).  Jurnalistika sahəsi və idarəçilik üzrə təlimlərdə iştirak edənlərə üstünlük verilir.

İş stajı – ixtisas üzrə 3 ildən çox fəaliyyət.

Dilləri bilmə azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar – idarəetmə, təşkilatçılıq, auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları; işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində vakansiyalar@isim.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.