Maarifləndirmə materialları | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Azərbaycanda Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətləri keyfiyyətinin yaxşılaşdırılmasında yeni alət və yanaşmaların tətbiqinin nəticələri üzrə təhlil YENİLƏNİB: 22 SENTYABR 2010

Respublikamızda son illər ərzində Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və əlçatanlığının artırılması istiqamətində nəzərəçarpan irəliləyişlərə nail olunmuşdur. Səhiyyə Nazirliyinin bu təşəbbüslərinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi tərəfindən geniş dəstək verilmişdir. Layihə Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması proqramlarının gücləndirilməsi məqsədilə qanun səviyyəsində dəyişikliklərə, əhalinin kontraseptivlərlə davamlı təchizatına, tələbin yaradılması və xidmətlərin genişləndirilməsinə, onların keyfiyyətinin yüksəldilməsinə texniki və ekspert dəstəyini öz öhdəsinə götürmüşdür.

Layihənin həyata keçirildiyi 5 il ərzində müəssisələrdə tibb işçilərinə Keyfiyyətin Yaxşılaşdırılması (KY) yanaşmaları, Dəstəkverici Rəhbərlik (DR) və COPE alətləri təqdim edilmiş, xidmət keyfiyyətinin yaxşılaşdırması üçün onların əhəmiyyəti açıqlanmış və istifadəsi üzrə davamlı təlimlər keçirilmişdir. Layihənin 2010-cu ilin sentyabr ayında başa çatmasını nəzərə alaraq, bu illər ərzində DR yanaşmasının və COPE alətinin, milli, rayon və müəssisə səviyyəsində gündəlik praktikaya daxil edilməklə, xidmət keyfiyyətinin inkişaf etdirilməsində, onların effektivliyi və gələcəkdə də tətbiqinin mümkünlüyünü və Azərbaycan xalqının reproduktiv sağlamlığının yaxşılaşdırılmasında əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “EncenderHels təşkilatının keyfiyyətin yaxşılaşdırılması yanaşmaları və alətlərin tətbiqinin təhlili” aparılmışdır. DR yanaşmasının və COPE alətinin Azərbaycanda tətbiqinin təhlili 2010-cu ilin iyun-iyul aylarında İSİM-in iki əməkdaşı Lütvi Qafarov və Gülnarə Hacızadə tərəfindən 7 pilot rayonun 38 müəssisəsində aparılmış, nəticələri əsasında HESABAT hazırlanmış və müvafiq tövsiyələr məqsədəuyğun hesab edilmişdir. Təhlilin nəticələri göstərir ki, layihə tərəfindən hədəf rayonlarda tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində göstərilən təşəbbüslər, COPE aləti və Dəstəkverici Rəhbərlik yanaşmasının tətbiqi öz nəticəsini vermiş, tibb müəssisəsinin və tibb işçilərinin göstərdiyi tibbi xidmətə öz müsbət təsirini göstərmişdir. Hədəf tibb müəssisələrinin təxminən 80%-i tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən COPE mexanizmi və Dəstəkverici Rəhbərlik yanaşmasını davamlı olaraq istifadə edir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Lütfi Qafarov

ƏLAQƏ: [email protected]