İSİM “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya başlayacaq | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu YENİLƏNİB: 21 YANVAR 2016

2014-cü ilin noyabr ayında İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Respublikasının Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda qadınlara qarşı məişət zorakılığının xüsusiyyətlərinin və səbəblərinin, ailədə qadınların səlahiyyətləndirilməsi və onların bu baxımdan səhiyyə xidmətlərindən istifadə imkanlarının öyrənilməsi məqsədi ilə 18 yaşdan yuxarı evli və ya nə vaxtsa evli olmuş qadınlar arasında sorğu həyata keçirilmişdir. Sorğu Səhiyyə Nazirliyinin 15.02.2012-ci il tarixli 13 nömrəli əmri ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 1.2.8-ci bəndinin 2-ci hissəsinin icrası məqsədi ilə təşkil olunmuşdur.

Sorğuda Lənkəran və Şəmkir şəhərləri, eləcə də Füzuli və Beyləqan rayonlarında ümumilikdə 400 qadın iştirak etmişdir. Sorğunun məhz bu şəhər və rayonlarda keçirilməsi Demoqrafiya və Sağlamlıq Sorğusu 2011-in qadınların ailədə səlahiyyətləndirilməsi ilə bağlı göstəricilərin regionlar üzrə müqayisəsi əsasında qərarlaşdırılmışdır. Sorğu vərəqəsinin əsasını Demoqrafiya və Sağlamlıq Sorğusunun sorğu vərəqəsi, digər ölkələrdə məişət zorakılığı üzrə araşdırımalarda istifadə olunan sorğu vərəqələri və Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən təklif olunan suallar təşkil etmişdir. Sorğu zamanı qadınların social-demoqrafik xüsusiyyətləri, onların ailədə səlahiyyətləri və qərarvermə imkanları, eləcə də ailədə psixoloji, iqtisadi, fiziki və ya cinsi zorakılığa məruz qalıb-qalmaması, bu məsələlərlə bağlı məlumatlılıq səviyyəsi və hansı məlumata ehtiyacların olması ilə bağlı məlumatlar toplanılmışdır. Qadınların sorğuda iştirakı tamamilə anonim, məxfi və könüllü olmuşdur. Sorğu yuxarıda adı çəkilən şəhər və rayonların tibb müəssisələrində ora müraciət edən qadınlar arasında aparılmışdır. Sorğu zamanı toplanılmış məlumatların təhlili əsasında nəticələrə dair yekun hesabat işlənib hazırlanmış və 2015-ci il 28 yanvar tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində təşkil olunmuş dəyirmi masa zamanı həmin hesabat maraqlı qurumlara və ictimaiyyətə təqdim edilmişdir.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Töhfə Cəmilova

ƏLAQƏ: [email protected]