İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

“Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” layihəsi YENİLƏNİB: 5 AVQUST 2011

Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında imzalanmış 2010-cu il üzrə İllik İş Planına əsasən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsi” layihəsi həyata keçirilib. Layihə ana və tibb işçilərinin körpə və azyaşlı uşaqların qidalandırılması haqqında bilik, yanaşma və təcrübələrinin qiymətləndirilməsi vasitəsilə uşaqların qidalandırılması sahəsində mövcud vəziyyətin, eləcə də marketlərdə satılan uşaq qidalarının mövcudluğunu və bu qidanın üzərindəki informasiyanın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsi məqsədini daşıyırdı. Qiymətləndirmə çərçivəsində tibb işçiləri, 2 yaşa qədər uşaqları olan qadınlar arasında sorğu aparılıb. Həmçinin marketlərdə monitorinq həyata keçirilib, azyaşlı uşaqlar üçün satışa çıxarılan mövcud qida məhsullarının keyfiyyət göstəriciləri qeyd olunub. 

2011-ci il iyulun 28-də “Dalğa” Plazada Azərbaycanda körpə və azyaşlı uşaqların qidalanmasının qiymətləndirilməsinə dair hesabatın təqdimatı keçirildi.

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Nərgiz Mövsümova

ƏLAQƏ: