Layihələr | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

İcra edİlmİş layİhələr bütün layİhələr

“Məhbuslar arasında İİV və C virus hepatiti ko-infeksiyalarının çoxsaylı dərmanlara davamlı vərəmli xəstələrin müalicə nəticələrinə təsiri” üzrə operativ tədqiqat YENİLƏNİB: 4 İYUN 2013

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi ilə birgə  “Məhbuslar arasında İİV və  C virus hepatiti ko-infeksiyalarının çoxsaylı dərmanlara davamlı vərəmli xəstələrin müalicə nəticələrinə təsiri” üzrə operativ tədqiqat aparılmışdır.

Qlobal Fond tərəfindən maliyyələşdirilən layihə 2 il ərzində (2011-ci il martın 28-dən 2013-cü il martın 28-dək) həyata keçirilmişdir.

Operativ tədqiqatın aşağıdakı vəzifələri yerinə yetirilib:

  1. Çoxsaylı Dərmanlara Davamlı Vərəm (ÇDDV) xəstələri arasında ko-infeksiyaların yayılması qiymətləndirilib;
  2. Ko-infeksiyaların klinik təzahürünün ağırlığı qiymətləndirilib;
  3. ÇDDV xəstələri müalicənin nəticələrinə (uğurlu/uğursuz) görə nəzarət və eksperimental qruplara bölüşdürülüb;
  4. Ko-infeksiyalar daxil olmaqla, risk amillərinin müəyyənləşdirilməsi və birvariantlı təhlildə onların müalicə nəticələri ilə qarşılıqlı əlaqəsinin təhlili aparılıb;
  5. Üzə çıxmış risk amillərinin qarşılıqlı təsirinin çoxvariantlı təhlili aparılıb və onların uğursuz müalicə üçün proqnozlaşdırılmış rolu müəyyənləşdirilib;
  6. ÇDDV xəstələrində vərəmin gedişatı ərzində ko-infeksiyaların rolu və yeri müəyyənləşdirilib;
  7. Aparılmış tədqiqat əsasında ÇDDV xəstələrinə nəzarət və ko-infeksiyalar ilə (İİV və hepatit C virusu) bağlı tövsiyələr hazırlanıb.

Tədqiqat zamanı penitensiar bölmənin ÇDDV xəstələrinin demoqrafik, sosial, klinik və laborator göstəricilərini daxil edən məlumat bazasından məlumat toplusu istifadə olunub. İlk dəfə penitensiar sistemində ÇDDV xəstələrinin müalicəsinin effektivliyinə ko-infeksiyaların təsiri tədqiq olunub.

Tədqiqatın nəticələri əsasında ÇDDV xəstələrinin və ko-infeksiyalar (İİV və hepatit C virusu) olan xəstələrin idarə olunması üzrə tövsiyələr tərtib edilmişdir.

Tədqiqatın nəticələri layihənin Hesabatında öz əksini tapmışdır.

Layihənin həyata keçirilməsinin yekunu olaraq 2013-cü il mayın 29-da USAİD tərəfindən maliyyələşdirilmiş Vərəm və ağciyər xəstəlikləri üzrə VI Elmi-praktiki Konfrans keçirilmişdir. Konfransda Millət vəkilləri, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti, Bakı şəhəri 1 və 4 saylı vərəm əleyhinə dispanserlər, Naxçıvan MR Ağciyər Xəstəlikləri Dispanseri və AbtAssociates-in nümayəndələri iştirak etmişlər. Həmin konfransda İSİM-in ictimai səhiyyə üzrə mütəxəssisi Gülnarə Hacızadə tərəfindən “Məhbuslar arasında İİV və  C virus hepatiti ko-infeksiyalarının çoxsaylı dərmanlara davamlı vərəmli xəstələrin müalicə nəticələrinə təsiri” mövzusunda təqdimat edilmişdir. Təqdimatda problemin aktuallığı, tədqiqatın məqsədi, eləcə də tədqiqatda istifadə edilən material və metodlar, həmçinin tədqiqatın sonunda əldə edilmiş nəticələr barədə də məlumatlar verilmişdir. 

LAYİHƏ ÜZRƏ MƏSULİYYƏTLİ ŞƏXS: Rauf Məmmədov

ƏLAQƏ: [email protected]