İSİM-in əməkdaşları QİX-in risk faktorlarının araşdırılmasında mərhələli yanaşmaya həsr olunmuş ölkələrarası təlimdə iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

13 DEKABR 2016

İSİM-in əməkdaşları QİX-in risk faktorlarının araşdırılmasında mərhələli yanaşmaya həsr olunmuş ölkələrarası təlimdə iştirak etdilər

7- 9 dekabr 2016-cı il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Qeyri-infeksion xəstəliklərin (QİX) risk faktorlarının müşahidəsində mərhələli yanaşmanın (STEPS) planlaşdırılması və həyata keçirilməsi  üzrə ölkələrarası seminar təşkil olundu. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə baş tutan bu seminar xüsusi olaraq Qazağıstan, Türkmənistan və Azərbaycan üçün təşkil olunmuşdu və ölkəmizi bu seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və təhlil şöbəsinin müdiri Qəhrəman Haqverdiyev və şöbənin mütəxəssisi Xatirə Hüseynova təmsil etdilər.

3 gün davam edən seminar çərçivəsində QİX-ə nəzarət üçün aparılan araşdırmaların mərhələli yanaşma üsulu əsasında aparılması, məlumatların toplanılma prosedurları, “Android” tablet-lər vasitəsi ilə məlumatların yığılması, onların idarə olunması, analizi və hesabatların aparılması kimi məqamlar müzakirə olundu. Mərhələli yanaşma üsulu ilə aparılan sorğuların ölkələr üçün, əsasən QİX-in risk faktorlarına qiymətləndirməsi, fikizi və bioloji ölçüdə izləmək məqsədi ilə ÜST tərəfindən yaradılmış standartlaşdırılmış sistem olduğu bildirildi. Seminarda iştirak edən ölkələrin nümayəndələri QİX-in müşahidəsi, QİX nəticəsində yaranan xəstəliklərə yanaşma planları, mövcud müşahidə təcrübələri  və məlumatları əldə etmə mənbələri haqqında qısa təqdimatlar etdilər. Seminarın sonunda gələcəyə dair prioritetlər təyin olundu və QİX əleyhinə mübarizəni ölkə səviyyəsində gücləndirmək və risk faktorularının nəzarətinə dair davamlı və nizamlı mərhələli yanaşmanın bacarıqlarını inkişaf etdirməyin vacibliyi vurğulandı.