• İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi (FOTO)
  • “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
  • İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

XƏBƏRLƏR bütün xəbərlər

25 NOYABR 2016

İSİM-də jurnalistlər üçün Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı brifinq keçirildi (FOTO)

25 noyabr 2016-cı il tarixi - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə hər il olduğu kimi bu il də böyük diqqət ayrılır. Əlaqədar qurumlar tədbirlər keçirir, mövzu ətrafında müzakirələr aparırlar. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ictimai səhiyyə problemlərindən biri olan qadınların zorakılığı qadına qarşı zorakılıq mövzusuna həssaslıqla yanaşaraq, əhalinin bu problemlə əlaqədar məlumatlandırılmasını daha effektiv və əhatəli etmək məqsədi ilə ətrafına media nümayəndələrini topladı. 25 noyabr 2016-cı il tarixdə İSİM-də Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar media nümayəndələri üçün brifinq keçirildi. Tədbirin keçirilməsində məqsəd – KİV vasitəsi ilə ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması naminə əhaliyə düzgün istiqamətləndirilmiş məlumatların çatdırılmasını təmin etmək idi.

Təbdir iştirakçılarını İSİM-də salamlayan Mərkəzin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə qadınların 60%-nin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını, onların  sağlamlıqlarına xələl yetirildiyini, əksər hallarda isə zorakılığın baş verməsi faktının gizli saxlanıldığını qeyd edərək, qadınların maarifləndirilməsinin lazımi səviyyədə aparılmasının vacibliyini bildirdi. S. Babazadə qadın zorakılığının qarşısının alınmasında KİV-in rolunun böyük olmasını xüsusi olaraq vurğuladı. Tədbirdə media nümayəndələrinə İSİM-in mütəxəssisləri tərəfindən qadına qarşı zorakılığın sosial aspektləri, zorakılığın səbəbləri, zorakılığa məruz qalmış qadınların sağlamlıqlarının qorunmasında tibb işçilərinin rolu, qadına qarşı zorakılığın hüquqi tərəfləri və İSİM-in apardığı sorğunun nəticələri haqqında təqdimatlar olundu, ətraflı məlumatlar verildi.

Qeyd edək ki, hər il dünyada, o cümlədən ölkəmizdə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günündə müxtəlif tədbirlər həyata keçirilir.

İSİM də öz növbəsində qadınların ictimai və məişət həyatlarında məruz qaldıqları zorakılıqların qarşısının alınması və qadın haqlarının qorunması istiqamətində mütəmadi olaraq  müxtəlif iclaslar və təlimlər təşkil edir, bu problem barədə məlumatlılıq səviyyəsini atırmaq məqsədi ilə əhali, ali və tam orta məktəblərdə maarifləndirmə işləri aparır, çap materialları paylayır.

Müasir dövrdə daha qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu problemə yönəltmək üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlər görməyə çağırmaqdır. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.