• “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
  • İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

XƏBƏRLƏR bütün xəbərlər

15 NOYABR 2016

SOS Uşaq kəndlərində “Yol nəqliyyat hadisələri zamanı ilk yardım” mövzusunda tədbir keçirildi

14 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlığı sayəsində SOS Uşaq kəndlərində növbəti maarifləndirmə tədbiri baş tutdu. Xatırladaq ki, bu günki tədbir də iki qurumun imzaladığı Əməkdaşlıq Sazişi çərçivəsində 2016-cı ilin sonunadək tərtib olunmuş İş Planına əsasən həyata keçirildi.

Şagirdlər qarşısında “Yol nəqliyyat hadisələri zamanı ilk yardım” mövzusunda maarifləndirici mühazirə ilə çıxış edən İSİM-in əməkdaşı, həkim-metodist Şəhla Mirzəzadə uşaqlara təcili tibbi yardıma ehtiyacı olan şəxslərə ilkin yardımın göstərilmə qaydalarından geniş məlumat verdi. Mövzu ilə bağlı məruzəçinin təqdimatı, qəzaya uğramış avtomobildən yaralanmış şəxsin xaric edilməsi, qanaxma hallarının qarşısının alınması, sınıqların sarğılanma qaydaları haqda məlumatları tədbir iştirakçılarının marağına səbəb oldu. Natiq  yol nəqliyyat hadisələri zamanı ilk yardımın düzgün və zamanında göstərilməsinin vacibliyini xüsusi olaraq vurğuladı. Daha sonra gənclərin iştirakı ilə ilk yardımın göstərilməsində bir neçə əsas məqamların praktiki təqdimatı aparıldı. Uşaqlar mütəxəssisimizin nəzarəti altında bir-birinə bədənlərinin müxtəlif nahiyələrinə sarğılar etdilər.  

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və mövzu ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.