"ASAN xidmət"-in əməkdaşları sağlam həyat tərzi ilə bağlı maarifləndirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

1 NOYABR 2016

"ASAN xidmət"-in əməkdaşları sağlam həyat tərzi ilə bağlı maarifləndirildi

İSİM-in Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Əməkdaşlıq Sazişi çərçivəsində növbəti tədbir "ASAN xidmət" mərkəzinin əməkdaşları üçün təşkil olundu. 29 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Nərgiz Kərimova çıxış etdi. Tədbirdə 1, 2, 3, 4, 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin əməkdaşları və Sumqayıt ASAN-dan olan nümayəndələr iştirak etdilər. Online-telekörpü vasitəsiylə isə Sabirabad, Masallı, Gəncə, Bərdə və Qəbələ "ASAN xidmət" mərkəzinin əməkdaşları da “Sağlam həyat tərzinin təbliği” mövzusunda olan təqdimatları görə bildilər.

Maarifləndirici mühazirə ilə çıxış edən natiq tədbir iştirakçılarına sağlam həyat tərzi, zərərli vərdişlərin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verdi. Fiziki aktivliyin cavanların həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasından danışan məruzəçi sağlamlığın qorunması üçün əhalinin maarifləndirilməsinin çox vacib məqam olduğunu bildirdi.

Tədbirin sonunda məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı. Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə  mübarizəyə dair 2015-2020-ci illər  üçün Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün və digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədilə təşkil olunmuşdur.