İSİM-də tütündən imtina kabinetin təşkili və tütünçəkmənin dayandırılması üzrə tibbi məsləhət xidmətinin göstərilməsi mövzusunda təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 OKTYABR 2016

İSİM-də tütündən imtina kabinetin təşkili və tütünçəkmənin dayandırılması üzrə tibbi məsləhət xidmətinin göstərilməsi mövzusunda təlim keçirildi

Bu yaxınlarda İSİM-in poliklinikasının nəzdində fəaliyyətə başlayacaq Tütündən imtina kabinetin təşkili və tütünçəkmənin dayandırılması üzrə tibbi məsləhət xidmətinin göstərilməsi istiqamətində daha bir tədbir keçirildi. 25 oktyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) şəhər poliklinikalarından olan sahə həkimləri, terapevtlər, kardioloqlar, İSİM-in Ambulator şöbəsinin həkimləri mövzu ilə əlaqədar tədbirə qatıldılar. Təlimin aparıcıları İSİM-in həkim-metodistləri Şəhla Mirzəzadə və İradə Abasova təlim iştirakçılarına tütünçəkmə nəticəsində insan orqanizminə vurulan ziyandan, tütün tüstüsünün təsiri altında yaranan xəstəliklərdən, asılılıq sindromundan, müalicə və siqareti tərgitməyə dair motivasıya üsullarından həkimlərə ətraflı olaraq təqdimatlar etdilər.

Təlim zamanı tədbir iştirakçıların tütündən imtina üzrə beynəlxalq təcrübəyə əyani olaraq bələd olması üçün texniki vasitələrdən istifadə edərək Rusiya Federasiyasının Sankt-Peterburq Ftiziopulmonoloqiya ETİ-nin nəzdində fəaliyyət göstərən Tütündən imtina üzrə Konsultativ telefon yardımı mərkəzinin rəhbəri Olqa Suxovskaya ilə telekörpü yaradıldı.

Yarım saat ərsində öz mərkəzləri haqda ətraflı məlumat verən O.Suxovskaya tütündən imtinada telefon vasitəsiylə verilən tibbi konsultasiyaların rolundan, Rusiyanın siqaret çəkən əhalinin sayının azaldılması məqsədiylə qaynar xəttə müraciət edənlərə tütünün insanın sağlamlığına olan təsiri haqda məlumatların verilməsindən, tütündən imtina üzrə effektiv metodlardan , motivasiyanın gücləndirilməsinin vacibliyindən danışdı. Mərkəzin rəhbəri İSİM-də yaradılacaq tütündən imtina kabinetinin fəaliyyətində uğurlar arzuladı.

Qeyd edək ki, bu mövzu üzrə birinci təlim  14 oktyabr tarixində gələn ayın birindən İSİM-də Ambulator şöbəsinin nəzdində yaradılacaq tütündən imtina üzrə tibbi məsləhət kabinetində fəaliyyət göstərəcək həkimlər üçün təşkil olunmuşdu. Təlim tütündən imtina kabinetin fəaliyyətinin istiqamətləndirmək məqsədiylə xüsusi olaraq İSİM-də yaradılmış metodik təlimatlar əsasında cəmləndi.