Moskvada “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 OKTYABR 2016

Moskvada “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminar keçirildi

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminar təşkil olundu. ÜST-nin Avropa Regional Bürosunun “Qeyri-infeksion xəstəliklərin profilaktikası və mübarizəsi” layihəsi çərçivəsində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və İ. M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin birgə dəstəyi ilə keçirilən tədbir 2016-cı  ilin 17-21 oktyabr tarixlərində baş tutdu.

Ümumdünya Səhiyyə Təşkilatının və MDB ölkələrinin nümayəndələrini iştrak etdiyi seminarda Azərbaycanı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  direktor müavini Rahib Mahmudov və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev təmsil etdilər.

Seminarın məqsədi Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının 14-cü maddəsinin həyata keçirilməsi prinsiplərinə əsasən insanlara tütündən istifadənin dayandırılması  və müvafiq müalicəsində yardımın göstərilməsi üzrə milli sistemin və siyasətin gücləndirilməsinə cavabdeh olan  şəxslərin bilik və bacarıqlarının artırılması  idi. Seminarda ÜST-nin Avropa Regionunun və Rusiya Federasiyasının  “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi” sahəsində əldə etdikləri təcrübə və nəzəriyyələr müzakirə olundu.

Azərbaycandan təyin olunmuş mütəxəssislər də bu istiqamətdə qazanılan nailiyyətlərdən, bilik və bacarıq təcrübələrindən seminar iştrakçılarını məlumatlandırdılar. Nümayəndəmiz Tofiq Musayev “Tütündən istifadəsinin  dayandırılması və tütün aludəçiliyindən müalicədə yardımın göstərilməsi üzrə Azərbaycanın nailiyyətləri” mövzusunda  təqdimatla çıxış etdi.

5 gün davam edən seminar boyu iştrakçılar Tütündən istifadənin dayandırılması və dəstəyin göstərilməsi üzrə  hər hansı kompleks proqramların həyata keçirilməsində Tütünlə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının 14-cü maddəsinə müvafiq olaraq öz öhdəliklərinin müəyyən edilməsi və qeyd olunan maddəyə əsasən tütündən istifadənin dayandırılması və uyğun müalicənin həyata keçirilməsi üzrə milli sistemin gücləndirilməsi bacarıqlarını, texniki tövsiyələrin icra olunması və təsvir edilməsi, 2016-2018-ci illər üçün fəaliyyət proqramının gücləndirilməsi istiqamətində biliklərin artırılması tərcübələrini əldə etdilər.

Tədbirin sonuncu günü yekun olaraq hər ölkə üçün iki ayrıca layihə hazırlandı. Bunlardan biri - tütündən istifadə barədə ilkin tibbi-sanitariya yardımı səviyyəsində konsultativ xidmətlərin yaradılması, digəri isə - tütündən istifadənin dayandırılması üçün pulsuz telefon xidmətlərinin yaradılması və ya onun təkmilləşdirilməsi planları idi.