İSİM-in nümayəndəsi tələbələrə narkomaniya və zərərli vərdişlər haqda danışdı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

20 OKTYABR 2016

İSİM-in nümayəndəsi tələbələrə narkomaniya və zərərli vərdişlər haqda danışdı

Mütəmadi olaraq məktəblərdə, ali təhsil ocaqlarında maarifləndirici tədbirlər təşkil edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri bu dəfə Azərbaycan Dillər Universitetində (ADU) tədbirə dəvət olundular.

19 oktyabr 2016-cı il tarixdə adı çəkilən universitetdə tələbələr üçün narkomaniya və zərərli vərdişlərə qarşı məlumatlandırıcı tədbir keçirildi. Tədbirdə İSİM-in həkim-metodisti Şəhla Mirzəzadə çıxış edərək tədbir iştirakçılarına zəmanəmizin böyük probleminə çevrilən və əksəriyyət baxımından cavan nəsli əlinə alan tütünün və narkomaniyanın cəmiyyətdə yaratdığı xəstəliklərdən danışdı. Onların istifadəsi nəticəsində yaranan asılılıqdan söhbət açaraq bildirdi ki, bu yaxınlarda İSİM-in Ambulator şöbəsinin nəzdində tütündən imtina kabineti fəaliyyətə başlayacaq. Tədbirdə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər  üçün Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün, digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədi daşıdığı vurğulandı.

Tədbirin təşkilatçılarından olan ADU-nun Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayeva görüşün sağlam həyat tərzinin təbliğinə bir töhfə olduğunu, bu istiqamətdə tələbələr arasında aksiyaların, kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğuladı. O, siqaretin, narkotik vasitələrin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlardan danışdı, cavanları onlardan uzaq durmağa səslədi.

Tədbirin sonunda  mövzu ilə əlaqədar İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanıldı.