İSİM-in ambulator şöbəsində Tütündən İmtina üzrə pilot kabinet və qaynar xətt fəaliyyətə başlayacaq | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

17 OKTYABR 2016

İSİM-in ambulator şöbəsində Tütündən İmtina üzrə pilot kabinet və qaynar xətt fəaliyyətə başlayacaq

İllər boyu tütünün əsirliyinə düşən, lakin bu alışqanlıqdan tək başına qurtula bilməyənlər üçün xoş xəbər var. 1 noyabr 2016-cı il tarixdən etibarən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi qaynar xətt fəaliyyətə başlayacaq. Burada tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslər professional tibbi yardım və psixoloji məsləhətlər alaraq addım-addım öz istəyinə çatacaq və həyatlarını daha sağlam və gümrah davam edəcəklər.

İlk olaraq pilot layihə kimi fəaliyyət göstərəcək kabinet zərərli vərdişlər, xüsusən də tütünçəkmə mövzusunda İSİM-in əhali arasında apardığı maarifləndirmə işini daha ünvanlı, daha əlçatanlığı təmin etməklə tam olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ötən il təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olacaq. Qeyd edək ki, sözügedən işin daha professional şəkildə aparılması üçün gələn həftə İSİM-in nümayəndələri Moskvada keçiriləcək “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminarın iştirakçıları olacaqlar. Onlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionunun və  Rusiya Federasiyasının “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi” sahəsində eldə etdikləri təcrübəni öyrənib, beynəlxalq təcrübənin Azərbaycana uyğun modelini İSİM-də açılacaq kabinetin fəaliyyətində həyata keçirəcəklər.

2 ay davam edəcək pilot faza ərzində yaradılan kabinetin və qaynar xəttin hər birində bir mütəxəssisin işləməsi nəzərdə tutulur. Hal hazırda İSİM-in ambulator şöbəsində müvafiq kabinet yaradılmış, xüsusi telefon xətti ayrılmış və çalışacaq mütəxəssislərə tütündən istifadənin dayandırılması və asılılığın müalicəsinə dair metodik təlimatlar əsasında 3 günlük təlimlərin keçirilməsinə başlanılmışdır.

Fəaliyyət çərçivəsində İSİM əhaliyə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın aradan qaldırılmasına, tütündən asılılığın müalicəsinə dair milli mütəxəssis potensialının gücləndirilməsinə və qeyd olunan tibbi-konsultativ xidmətlərin təşkilinə yardım göstərəcəkdir.

Pilot layihənin müddəti başa çatdıqdan sonra görülmüş işlərin qiymətləndirilməsi və gələcəkdə tütündən imtina kabineti və qaynar xəttin davamlı fəaliyyətdə olması və işinin səmərəli, effektiv aparılması üçün zəruri tədbirlərin görülməsi nəzərdən keçiriləcəkdir.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası hələ 2005-ci ildə “Tütünə qarşı mübarizə haqqında”  Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasını ratifikasiya etmişdir. Həmin Konvensiyanın 14-cü Maddəsinə əsasən hər bir ölkə tütündən istifadənin dayandırılmasına və tütündən asılılığın adekvat müalicəsinin təmin edilməsinə kömək üçün səmərəli tədbirlər görməli, habelə tibbi-sanitariya yardımı müəssisələrində və reabilitasiya mərkəzlərində tütündən asılılığın diaqnostikası, profilaktikası, müalicəsi və məsləhətlərin verilməsi üzrə proqramlar hazırlamalı və həyata keçirməlidir.