İSİM-də “Azərbaycanda palliativ yardıma olan ehtiyacların qiymətləndirilməsi işinin təşkili” ilə bağlı tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 SENTYABR 2016

İSİM-də “Azərbaycanda palliativ yardıma olan ehtiyacların qiymətləndirilməsi işinin təşkili” ilə bağlı tədbir keçirildi

16 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda palliativ yardıma olan ehtiyacların qiymətləndirilməsi işinin təşkili” ilə bağlı intervyuerlər üçün metodik təlim keçirildi. Bu təlim İSİM tərəfindən ilin sonuna kimi palliativ xidmətlərə olan ehtiyacların qiymətləndirilməsinin aparılması üçün ikinci hazırlıq tədbiri oldu. Xatırladaq ki, birinci təbdir cari ilin avqust ayının 22-də İSİM-də keçirilmişdi.  

Hazırki tədbir Azərbaycanda palliativ xidmətlərə olan ehtiyacların qiymətləndirilməsi prossesində potensial intervyuerləri sorğunun aparılması qaydaları ilə tanış etmək məqsədini  daşıyırdı. Təlimi aparan İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov və sosioloq Ayşəm N. Balayeva palliativ yardım xidmətlərinin təşkilində və monitorinqində marağı olan mütəxəssislərə və intervyuerlerə bu təqdiqatın aparılmasında vacib məqamlara toxundular, mövzu ilə əlaqədar olan incəliklərə diqqət yetirdilər.  

Adı çəkilən tədqiqatın Azərbaycanın səkkiz regionunda aparılacağını bildirən Nabil Seyidov əsasən seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalına və bu xidmətdən bəhrələnə biləcək xəstələrə və onların yaxınlarına hədəfləndiklərini bildirdi. 

Tədbirin sonunda aparılan müzakirələrdən sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdı