İSİM-də “Azərbaycanda palliativ yardım xidmətinin inkişafı” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 AVQUST 2016

İSİM-də “Azərbaycanda palliativ yardım xidmətinin inkişafı” mövzusunda seminar keçirildi

22 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda palliativ yardım xidmətinin inkişaf perspektivləri” ilə bağlı seminar  keçirildi.

Seminarın əsas məqsədi Azərbaycanda palliativ yardım xidməti üçün lazım olan kadr və texniki resursların mövcud vəziyyəti, palliativ yardımın icbari tibbi sığorta sistemində yeri, palliativ yardım xidmətlərinin icma səviyyəsində qurulması və maliyyələşdirilməsi, habelə həkimlər, orta tibb personalı, sosial işçilər vədin xadimlərinin palliativ yardım xidmətlərinin göstərilməsində rolu və vəzifələri haqda iştirakçıları maarifləndirmək olubDigər bir məqsəd isə İSİM tərəfindən sentyabr ayında başlanılması planlaşdırılmış palliativ xidmətlərə olan ehtiyacların qiymətləndirilməsi mövzusunda tədqiqat haqda iştirakçıları və potensial intervüyerlərin məlumatlandırılması olubQeyd edək ki, bu istiqamətdə İSİM tərəfindən fəaliyyət “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə  Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.1.3 və 9.3.1-ci bəndlərinə, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 3.3.11-ci bəndinə uyğun olaraq həyata keçirilir.

Tədbirdə İSİM-in əməkdaşları ilə yanaşı palliativ yardım xidmətlərinin təşkili və monitorinqinə marağı olan mütəxəssislər,  həkimlər, tibb bacıları iştirak etdilər. 

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov tədbirdə iştirak edənlərə “Palliativ yardım: insanın həyatı ləyaqətlə başa vurmasına olan hüququ” adlı təqdimat etdiAzərbaycanda palliativ yardım xidməti üçün səhiyyə sisteminin strategiyaları, dünya ölkələrində və Azərbaycanda palliativ yardım xidmətinin inkişaf tarixi, bu xidmətin modellərinin müqayisəli təhlili, yardım xidmətlərinə olan ehtiyacın dəyərləndirilməsi və əlçatanlığı haqqında faydalı məlumatlar verdi. Tədbirdə palliativ yardımın müalicəsi mümkün olmayan və ya geriyədönməyən ağır xəstəlikdən əziyyət çəkənlər, yataq xəstələriəlillər, ahıllar, xüsusilə də xərçəng, ürək-damar, böyrək, sinir sistemi və digər ağır xəstəlik diaqnozu qoyulan pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması, onlara və ailə üzvlərinə göstərilən geniş çeşidli xidmətlər sistemi olduğu vurğulandı

Digər məruzəçi İSİM-in baş hüquqşünası Səbuhi Abdullayev palliativ yardım xidmətləri ilə bağlı Azərbaycan qanunvericiliyi, bu sahədə normativ-hüquqi bazadan danışdı, ölkədə palliativ yardım haqqında qanunun qəbul olunmasının vacibliyini bildirdi

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və müzakirələr aparıldı.