ÜST-nin ekspertlərinin iştirakı ilə İSİM-də onkoloji xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə görüşlər təşkil olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

2 İYUN 2016

ÜST-nin ekspertlərinin iştirakı ilə İSİM-də onkoloji xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə görüşlər təşkil olundu

Bu ilin may ayının 31-indən başlayaraq ÜST-nın Avropa Regional ofisinin Qeyri-infeksion xəstəliklər idarəsinin mütəxəssisləri Dr. Marilis Korbeks və Dr. Andre İlbavinin iştirakı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) onkoloji xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə görüşlər təşkil olundu. Görüşlərin keçirilməsi, dünyada eləcə də Azərbaycanda son illər sayı artan onkoloji xəstəliklərin önlənməsi, xərçəng xəstəliklərinin qarşısının alınması, effektiv skrininq proqramlarının tərtib edilməsi, onkoloji xəstəliklərin erkən mərhələdə diaqnostikası və müalicəsisahəsində beynəlxalq təcrübənin, xüsusən də profilaktik tədbirlərə dair ÜST-nin təcrübəsini (dünyanın müxtəlif bölgələrində həyata keçirilən) öyrənmək məqsədi daşıyırdı.

İyun ayının 2-nə qədər davam edən bu görüşlər həmçininMilli Onkologiya Mərkəzində və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyində dəkeçirildi.

Bir neçə gün davam edən tədbirlərdə palliativ xidmətin ölkəmizdə yaradılmasının vacibliyi vurğulandı və ilkin mərhələdə palliativ xidmətin pilot modelinin təşkilinin zəruriliyi, palliativ xidmətlə bağlı qanunvericiliyin yaradılması kimi məsələlər müzakirə olundu. Əlavə olaraqHPV-yə qarşı vaksinasiya, uşaq və gənclər arasında effektiv profilaktika tədbirlərinin təşkili, xərçəng xəstəliklərinin müalicəsində həyati vacib dərman preparatlarının əlçatanlığı və s. məsələlər üzrə də fikirlər dinlənildi. 

2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə sdiq olunmuş “Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Milli Strategiya” nın  həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.3 bəndinə əsasən QİX-in qarşısının alınması və onlara nəzarətin yaxşılaşdırılması üçün inteqrasiya olunmuş tibbi xidmətlərin, o cümlədən ilkin profilaktika, skrininq və erkən aşkarlanma, müalicə, reabilitasiya tədbirlərinin və palliativ qayğının gücləndirilməsihaqda olan məqamlar yerli mütəxəssislər tərəfindən xarici ekspertlərin diqqətinə çatdırıldı. Bu istiqamətlərdə işin təşkilinin vacib olduğu bildirildi

Yekun olaraq Azərbaycanda ən uğurlu strategiya və yanaşmaları tətbiq etmək, ölkəmizdə QİX-lərin qarşısının alınmasına və əhali arasında xəstələnmə və vaxtından əvvəl ölüm hallarının azaldılması istiqamətində nailiyyətlər əldə etmək üçün atılacaq addımlar müəyyən edildi.