Ümumdünya Sağlam Qidalanma Günü ilə bağlı İSİM-in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 MAY 2016

Ümumdünya Sağlam Qidalanma Günü ilə bağlı İSİM-in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirildi (FOTO)

May ayının  26-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində əməkdaşlar üçün 29 may - “Ümumdünya Sağlam Qidalanma Günü”nə həsr olunmuş növbəti maarifləndirici görüş keçirildi.

Həkim-dietoloq Nərmin İsmayılova tərəfindən orqanizmin sağlamlığında məhz düzgün qidalanmanın vacib şərt olduğu vurğulandı və İSİM-in əməkdaşları ilə birgə söhbət əsasında müxtəlif  mövzularda: uşaqların qidalanmasında vacib məqamlar, qeyri-sağlam qidalar haqda, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi, 45 yaşdan yuxarı insanlar üçün qida normaları və s. müzakirə edildi.

Onu da qeyd edək ki, bu tədbirin keçirilməsində məqsəd "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət planının 9.2. bəndinə əsasən Qeyri-İnfeksion Xəstəliklərin risk faktorlarının (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik) azaldılması və qarşısının alınmasıdır.

Maraqlı şəkildə keçən bu görüş əsasən 3 istiqamət üzrə aparıldı: uşaqların qidalanması, estetik qidalanma (pəhriz və idman), 45yaşdan yuxarı insanlar üçün qidalanma normaları. Tədbirdə həmçinin əməkdaşlara yuxarıda sadalanan istiqamətlər üzrə qida rasionlarını təşkil etmək, gündəlik istifadə etdikləri yeməkləri müzakirə etmək, qeyri-sağlam qidanı sağlam qidadan seçmək imkanı verildi. Daha sonra həkim-dietoloqun müxtəlif xəstəliklərə meylli olan insanlar üçün məsləhətləri, tövsiyələri dinlənildi, hər bir əməkdaşı maraqlandıran suallar cavablandırıldı. 

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.